Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
“International Leasing” ASC-nin səhmlərinin Bakı Fond Birjasında (BFB) ticarətə buraxılmasına icazə verilib.
BFB-nin məlumatına görə, 25 sentyabr 2026-cı il tarixində Birjanın Listinq Komitəsinin qərarı ilə “International Leasing” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı qəbul edilib.
Şirkətin səhmlərinə abunə yazılışı 30 sentyabr 2026-cı il tarixində başlayacaq və 2 oktyabr 2026-cı il tarixində, yəni 3 iş günü ərzində başa çatacaq.
Qiymətli kağızların yerləşdirilməsi isə 5 oktyabr 2026-cı il tarixində həyata keçiriləcək.
Buraxılış çərçivəsində hər birinin ilkin ticarət qiyməti 50 manat olan 20 min ədəd sənədsiz adlı adi səhm təklif ediləcək.
Səhm buraxılışının ümumi həcmi 1 milyon manat təşkil edir.
Səhmlərin dövlət qeydiyyat nömrəsi – ISIN AZ1002023237-dir. Ticarət üsulu kütləvi təklif və abunə yazılışı formasında həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Beləliklə, “International Leasing” ASC kapital bazarı vasitəsilə 1 milyon manat həcmində vəsait cəlb etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
2 saat əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Ən çox oxunanlar
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər
Əcnəbi turistlərin sayına uyğun yeni güzəşt mexanizmi gəlir
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR

























