Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Müasir investisiya siyasətində əsas məsələ getdikcə daha çox cəlb olunan vəsaitin həcmi deyil, onun ölkə üçün uzunmüddətli dəyər yaratmasıdır. Məhz bu mövzu Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” adlı panel müzakirəsinin əsas mövzusu olub. tpe şirkətinin təşkil etdiyi müzakirədə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub-un nümayəndələri iştirak ediblər.
Panel iştirakçıları qeyd ediblər ki, xarici investisiyalar artıq yalnız ayrı-ayrı layihələrin maliyyələşmə mənbəyi kimi qiymətləndirilməməlidir. Onların əsas missiyası yerli kompetensiyaların formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Buna görə də əsas göstərici cəlb olunan kapitalın həcmi deyil, onun texnologiya transferi, mühəndis bacarıqlarının inkişafı, yerli təchizat zəncirlərinin formalaşdırılması, beynəlxalq standartların tətbiqi və ölkənin yeni bazarlara çıxışını təmin etmək qabiliyyətidir.
Bu yanaşma Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhlizin inkişafı fonunda xüsusilə aktuallaşır. Azərbaycan üçün sənaye kooperasiyası, logistika, istehsal və ixrac sahələrində yeni perspektivlər açılır. Lakin tranzit potensialı özlüyündə sənaye üzrə əlavə dəyər yaratmır. Həlledici amil investisiyaların uzunmüddətli kompetensiyalara və yerli istehsal zəncirlərinə çevrilməsidir.
Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində 30 illik təcrübəyə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov vurğulayıb ki, güclü iqtisadiyyat hər yeni layihənin əvvəlkinin təcrübəsi üzərində qurulduğu mühitdə formalaşır. Onun sözlərinə görə, layihələr başa çatdıqdan sonra yalnız obyektlər deyil, həm də insanlar, metodlar, proseslər və peşəkar mədəniyyət qalmalıdır ki, növbəti vəzifələr daha sürətli və daha keyfiyyətlə yerinə yetirilsin.
“Vacib olan odur ki, yeni bilik fərdi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisdə cəmlənməsi riski var. Lakin onlar ayrıldıqda sistem əvvəlki vəziyyətinə qayıdır. Əsl kompetensiya transferi təlimdən sonra deyil, komandanın düzgün qərarları müstəqil qəbul etməyə başladığı anda baş verir”, – deyə o bildirib.
Rüstəm İsmayılovun sözlərinə görə, rəqəmsal sistemlər, texnoloji həllər və beynəlxalq standartlar vacibdir, lakin əsas rolu təcrübə oynayır. Bu təcrübə əvvəlkini əvəz etməməli, onu tamamlayaraq toplanmış kompetensiyalara çevrilməlidir.
Bu gün Azərbaycan investisiya gündəliyini yenidən formalaşdırır: sadəcə birbaşa xarici investisiyaların cəlbindən regional inkişaf ekosisteminin qurulmasına – kapitalın, texnologiyaların və yerli ekspertizanın birləşdirilməsinə doğru keçid baş verir.
Caspian Business Hub-un rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib.Onun fikrincə, CBH-nin iqtisadi rolu məhz burada özünü göstərir – hər bir tərəfin məntiqini anlayan və konkret investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi.
“Məqsədimiz koordinasiya xərclərini elə səviyyəyə endirməkdir ki, şirkətlər mürəkkəb transsərhəd layihələri təkbaşına deyil, birlikdə həyata keçirməyə daha çox maraq göstərsinlər. Bu halda Caspian Business Hub sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək”, – deyə o qeyd edib.
Müzakirələr göstərdi ki, Azərbaycanın investisiya gündəliyi artıq “nə qədər kapital cəlb olunub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına doğru dəyişir. Yerli biliklər, mühəndis kompetensiyaları, texnoloji təcrübə və mürəkkəb layihələr ətrafında tərəfləri bir araya gətirmək bacarığı maliyyə resursları qədər strateji əhəmiyyət daşıyır. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli kompetensiyalara çevirmək bacarığı sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən birinə çevrilə bilər.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
15 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 1 gün əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
























