İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
“GL” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi 2 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 23 sentyabr 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 5 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz yerləşdiriləcək.
Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 500 min manat təşkil edir.
İstiqrazlar üzrə illik gəlirlilik faizi 15% müəyyən edilib. Faiz ödənişləri hər ayda bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək.
Qiymətli kağızların tədavül müddəti 7 ildir.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emissiyanın anderrayteri “Invest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ISIN kodu AZ2045020289-dur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
























