Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
“Azeronline”dan yeni təklif: 250 Mbit/s və daha yüksək sürət seçənlər “Kinon TV”dən ödənişsiz istifadə edəcəkİndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər.
“Azeronline” abunəçilərinə əlavə ödəniş etmədən 260-dək yerli və xarici televiziya kanalını izləmək imkanı təqdim edilir. Şirkət “Azercell Telekom” MMC ilə əməkdaşlıq çərçivəsində yüksəksürətli fiber-optik internet istifadəçiləri üçün yeni təklif təqdim edir. Belə ki, 250 Mbit/s və daha yüksək sürətli internet paketlərinin abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz yararlana biləcəklər.
Təklif 250, 500 və 1000 Mbit/s sürətli internet paketlərinə qoşulan bütün abunəçilərə şamil olunur. 150 Mbit/s internet paketindən istifadə edən abunəçilər isə “Kinon TV” xidmətinə endirimlə aylıq 4 AZN əlavə ödənişlə qoşula bilərlər.
“Kinon TV” televiziya izləmə təcrübəsini daha çevik edir: istifadəçilər kanalları canlı izləyə, 14 günədək arxivə qayıda, 5-dək fərdi profil yarada və məzmunu eyni anda 3 fərqli cihazda izləyə bilərlər. Platforma Smart TV, smartfon, planşet və kompüterdə əlçatandır.
Eyni zamanda, “Azeronline” abunəçiləri “Kinon”un digər məzmun paketlərindən də xüsusi şərtlərlə yararlana bilərlər.
İdmansevərlər üçün təqdim olunan “Setanta Sports & TV” paketi İngiltərə Premyer Liqası, Serie A, La Liga, Formula 1 yarışları, “Setanta Sports” kanalları və yerli idman məzmununa çıxış imkanı yaradır. “Azeronline” abunəçiləri bu paketdən aylıq cəmi əlavə 5 AZN ödəməklə yararlana bilərlər.
Film və serial həvəskarları isə “Kinon Plus” paketinə aylıq əlavə 10 AZN ödəməklə “viju”, “Wink” və “Premier” platformalarının film, serial və orijinal məzmunlarını izləyə bilərlər.
Qeyd edək ki, seçilən internet və “Kinon” paketindən asılı olaraq, “Azeronline” abunəçiləri xidmətlərdən 20%-dək endirimlə yararlana bilərlər. Bu zaman fərdi statik IP ünvanı xidməti də endirimlə aylıq 3 AZN-ə təqdim olunacaqdır.
Yeni təklif “Azeronline”ın yüksəksürətli internet imkanlarını “Kinon”un televiziya, idman və əyləncə məzmunu ilə tamamlayaraq abunəçilərə daha geniş rəqəmsal xidmətlərdən sərfəli şərtlərlə yararlanmaq imkanı verir.
Ətraflı məlumatı 8220 Çağrı Mərkəzinə müraciət etməklə və ya https://azeronline.com saytına daxil olmaqla əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
17 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
17 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
17 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
17 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 18 saat əvvəl
-
18 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
19 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























