970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac

“Azərpambıq” ixracını 76,5% artırıb
AzVak-mobil_resmin_ustu_31
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı 45,9 milyon ABŞ dolları olub.

Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki,  2025-ci ilin eyni dövründə şirkətin ixracı 26 milyon dollar təşkil etmişdi. Beləliklə, ixrac 19,9 milyon dollar və ya 76,5% artıb.

Reklam_3_11

“Azərpambıq” ilk 10 dövlət ixracatçısı arasında faizlə ən yüksək artım göstərən iri müəssisələrdən biridir.

Ölkə üzrə pambıq iplik ixracının 62,2%, pambıq lifinin ixracının isə 17,8% artdığı bir dövrdə “Azərpambıq”ın 76,5%-lik yüksəlişi şirkətin ümumi pambıq ixracı dinamikasını əhəmiyyətli dərəcədə üstələdiyini göstərir. 

Şirkətin öz saytında da 2026-cı ildə ixrac gəlirlərinin 75%-dən çox artdığı xüsusi qeyd olunub. 

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC pambıq istehsalı, emalı və aqrar fəaliyyətlə məşğuldur. Şirkətin müəssisələri Şirvan-Salyan, Mil-Muğan, Mərkəzi Aran, Qarabağ və Gəncə-Daşkəsən iqtisadi rayonlarını əhatə edir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərpambıq pambıq ixracı pambıq lifi pambıq iplik aqrar ixrac
29.09.2026 15:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19