Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
Prezidentin köməkçisi geri qaytarılan qanundan danışdı.“Bildiyiniz kimi, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunan rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb”.
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.
“Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisə qaytarılması onun müddalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə şərait yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib.
Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və güzəştlərlə məhdudlaşmır, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşması ilə birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, - Prezidentin köməkçisi qeyd edib.
Millət vəkili əlavə edib ki, qanunun müzakirəsi, həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilib və komitənin müvafiq rəyi hazırlanıb: “Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
17 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
13 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
12 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
37 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 39 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
5 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb



























