Mingəçevirdə 221 milyon manatlıq nəhəng tekstil layihəsi: 2300 yeni iş yeri açılacaq
Mingəçevirdə 221 milyon manatlıq nəhəng layihə — 2300 nəfərə iş veriləcək. Azərbaycanda 11 milyon köynək istehsal edəcək yeni zavod qurulurMingəçevir Sənaye Parkında 221 milyon manat investisiya dəyərinə malik “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək. Layihənin icrası nəticəsində 2300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Marja.az İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına istinadən xəbər verir ki, layihə “Textile Horizon” MMC tərəfindən reallaşdırılacaq.
Layihə çərçivəsində 11,2 hektar ərazidə müasir istehsal kompleksinin yaradılması planlaşdırılır.
İllik 16 min ton mahlıc və 11 milyon köynək istehsal ediləcək
Yeni tekstil klasterində əsas xammal kimi xam pambıqdan istifadə olunacaq.
İstehsal kompleksində illik:
- 16 min ton mahlıc;
- 11 min ton iplik;
- 7,3 min ton boyalı parça;
- 11 milyon ədəd köynək istehsalı nəzərdə tutulur.
İstehsal ediləcək məhsulların həm Azərbaycanın daxili bazarında satılması, həm də xarici bazarlara ixrac olunması planlaşdırılır.
6 ölkənin texnologiyalarından istifadə ediləcək
Layihədə ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Almaniya və Hindistan texnologiyalarından istifadə olunması nəzərdə tutulur.
Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
17 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
13 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
12 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
53 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 55 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
5 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb























