Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Maliyyə Monitorinqi Xidməti elektron köçürmələrlə bağlı qərarı yenilədi. Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib.Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı yeni qərarla elektron köçürmələr üzrə məlumat və sənədlərin təqdim edilməsi qaydalarına dəyişiklik edilib.
Bu bardə Marja.az-a Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib.
Belə ki, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmə əməliyyatının məbləği 20 000 manat və ya ona ekvivalent xarici valyuta müəyyən edilib.
Bundan başqa, fiziki şəxslər (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslər istisna olmaqla) tərəfindən bir təqvim ayı ərzində ümumilikdə 50 000 manatdan artıq elektron köçürmə həyata keçirildikdə, həmin ay ərzində aparılan növbəti elektron köçürmələr barədə də məlumat təqdim edilməlidir.
Bu tələblər POS-terminalla aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir.
Qeyd edək ki, əvvəlki qərarda dəyişikliklərin 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni qərarla bu tarix 1 yanvar 2027-ci il olaraq müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 13 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
























