970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edib.

Səfər çərçivəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Viet Son ilə görüş keçirilib. Görüşdə ölkəmizin Vyetnamla iqtisadi-ticarət əlaqələrinin inkişafına və şaxələndirilməsinə önəm verdiyi vurğulanıb. Qarşılıqlı investisiyaların artırılması imkanları, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər sənaye, enerji, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Vyetnamın “VinGroup” şirkətinin sədr müavini, şirkətin qlobal yaşıl nəqliyyat strukturu GSM-in (Green Smart Mobility) İdarə Heyətinin sədri Nguyen Quoc Tuan ilə görüş keçirilib. Görüşdə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması və daşınmaz əmlakın inkişafı da daxil olmaqla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində Vyetnamın “ROX Group” şirkətinin baş icraçı direktorunun müavini Nguyen Viet Sonla görüş keçirilib. Şirkətin Azərbaycanda daşınmaz əmlak və bərpa olunan enerji sahələrində investisiya imkanları, bu istiqamətlərdə potensial layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

13.11.2026 19:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19