Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fransanın enerji nəhəngi Azərbaycanda yeni günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan enerji layihəsi üçün birgə müəssisə yaratmağı planlaşdırır
AzVak-mobil_resmin_ustu_31
Fransanın enerji nəhəngi Azərbaycanda  yeni günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika naziri Pərviz Şahbazov “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi ilə görüşüb.

Görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsinin inkişafı müsbət qiymətləndirilib. Layihə çərçivəsində istifadə olunan elektrik enerjisinin bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi və bununla karbon emissiyalarının azaldılması imkanları müzakirə olunub.

“TotalEnergies” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə, o cümlədən yeni günəş və külək enerjisi layihələrində iştirakda maraqlı olduğunu bildirib. Elektrik şəbəkəsinin inkişafı üzrə aparılan tədqiqatın yekunlaşmaq üzrə olduğu, nəticələrin əlavə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası imkanlarını müəyyənləşdirəcəyi qeyd edilib.

Görüşdə Azərbaycanın yaşıl enerji dəhlizlərinin inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişinin mövcud elektrik enerjisi bağlantılarının vahid dəhliz çərçivəsində birləşdirilməsinə xidmət etdiyi, növbəti mərhələdə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə, Azərbaycan elektrik enerjisinin Avropa bazarlarında rəqabətqabiliyyətliliyinə və layihəyə potensial investorların cəlb edilməsi imkanlarına toxunulub.

İş elanları AzVak.az-da

13.11.2026 18:04
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19