970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda əhalinin alış-veriş xərcləri açıqlandı – Hər nəfərə ayda 560 manat

Azərbaycan əhalisi 10 ayda alış-verişə 57,5 milyard manat xərcləyib
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda əhalinin alış-veriş xərcləri açıqlandı – Hər nəfərə ayda 560 manat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında məlumatları açıqlayıb.

Marja.az xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

2026-cı ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.  

İş elanları AzVak.az-da

Azərbaycan pərakəndə ticarət dövriyyəsi pərakəndə ticarət 2026 Dövlət Statistika Komitəsi əhalinin alış-veriş xərcləri 57 5 milyard manat ərzaq məhsullarının satışı qeyri-ərzaq mallarının satışı Azərbaycanda istehlak xərcləri adambaşına alış-veriş aylıq 559 9 manat geyim və ayaqqabı satışı avtomobil yanacağı elektrik malları mebel satışı əczaçılıq məhsulları ticarət sektorunda artım yanvar-oktyabr 2026
13.11.2026 17:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19