Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
Azərbaycanda avtomobil istehsalı üçün Hindistan şirkətləri ilə danışıqlar aparılır. 38 ölkədə fəaliyyət göstərən nəhəng şirkətlər qrupu ilə Azərbaycana investisiya imkanları müzakirə olundu. 250 mindən çox əməkdaşı olan beynəlxalq qrupla Azərbaycan arasında əməkdaşlıq imkanlarıİqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə videokonfrans formatında görüşüb.
Marja xəbər verir ki, görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye potensialı, nəqliyyat və enerji infrastrukturu, həmçinin regional bazarlara çıxış imkanları diqqətə çatdırılıb. Birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üçün tərəfdaşlıq perspektivləri vurğulanıb.
Tərəflər sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin yerli istehsalın təşviqi və investisiya üzrə işbirliyini müzakirə ediblər.
“Hinduja Group” 1914-cü ildə təsis edilmiş beynəlxalq şirkətlər qrupudur. Şirkətlər qrupu 38 ölkədə fəaliyyət göstərir və 100-ə yaxın ölkədə biznes əməliyyatlarına malikdir. 250 mindən çox əməkdaşı olan qrup sürtkü materialları və xüsusi kimyəvi maddələr, bank və maliyyə xidmətləri, rəqəmsal texnologiyalar, enerji, daşınmaz əmlak, səhiyyə və s. istiqamətlər üzrə fəaliyyət göstərir. 1984-cü ildə qrupa daxil edilmiş “Gulf Oil International” və kommersiya nəqliyyat vasitələri istehsalçısı “Ashok Leyland” qrupun əsas şirkətləri sırasında yer alır. “Ashok Leyland” yük avtomobilləri, avtobuslar və traktorlar istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 7 d. əvvəl
- 19 d. əvvəl
-
41 d. əvvəl
Qızılın qiyməti 4 min dollardan aşağı düşdü — bazar FED-in dekabrda faiz artıracağına hazırlaşır
- 50 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın ən varlı insanları pullarını yeni investisiya sahələrinə yönəldirlər – Səbəblər açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Nissan” əməliyyat zərərindən mənfəətə keçib, lakin satış proqnozunu aşağı salıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
Neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə düşüb
Dünyanın ən varlı insanları pullarını yeni investisiya sahələrinə yönəldirlər – Səbəblər açıqlandı
Ən çox oxunanlar
Sentyabrda orta maaş 30 qəpik azalıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Quşçuluq şirkəti Xızıdakı əmlak kompleksini satmağı planlaşdırır

























