Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
Avant Group-un yeni çoxfunksiyalı “Caspi Yards” layihəsinin və onun diqqətçəkən memarlıq elementlərindən biri olan 44 mərtəbəli “Zəfər Qülləsi”nin təntənəli təqdimat mərasimi Marriott Boulevard Hotel-də keçirilib.
Tədbirdə layihənin konsepsiyası, memarlıq həlləri, əsas xüsusiyyətləri və gələcək inkişaf perspektivləri qonaqlara təqdim olunub.
13 hektarlıq ərazini əhatə edən “Caspi Yards” yeni inşa olunacaq metro stansiyasına birbaşa çıxış imkanı ilə müasir şəhər mühiti konsepsiyası əsasında formalaşdırılır. Layihə 11 yaşayış binasını və 2 biznes mərkəzini birləşdirəcək. Kompleksdə hospital, məktəb, ticarət mərkəzləri, istirahət və sağlamlıq mərkəzlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Beləliklə, yaşayış, iş, təhsil, səhiyyə, alış-veriş və istirahət imkanları vahid məkanda cəmləşəcək.
Bu yanaşma “şəhər içində şəhər” konsepsiyasının əsasını təşkil edir. Yeni metro stansiyasının ətrafında formalaşacaq yaşayış klasterləri və biznes məkanı nəqliyyat əlçatanlığını, rahat yaşayış mühitini və iş imkanlarını vahid şəhər mühitində birləşdirməyi hədəfləyir.
“Caspi Yards” konsepsiyasında ağıllı şəhər (Smart City) yanaşmasına da yer verilir. Layihədə binalar üçün ağıllı giriş və idarəetmə sistemlərinin, eləcə də ümumi məkanlarda insan axınının intellektual idarə olunmasına imkan verən rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. Gələcəkdə bu sistemlərin süni intellekt əsaslı həllərlə genişləndirilməsi də planlaşdırılır. Bu yanaşma kompleksin idarə edilməsinin səmərəliliyini artırmağa, sakinlər və ziyarətçilər üçün rahat və müasir mühit yaratmağa xidmət edəcək.
Təqdimat mərasimində Avant Group-un təsisçisi və rəhbəri Əli Hüseynov layihənin yaradılması və inkişaf strategiyası barədə çıxış edib. O, “Caspi Yards”ın Bakının gələcək şəhərsalma mənzərəsinə verəcəyi töhfəni vurğulayaraq bildirib:
“İnanıram ki, bu layihə gözəl Bakımızın urbanistik simasına yeni nəfəs gətirəcək. Əzəmətli 44 mərtəbəli Zəfər Qülləsi Bakı buxtasının və 8 Noyabr prospektinin yeni rəmzinə çevriləcək”.
Xəzər dənizinə açılan panoramik mənzərəsi ilə seçilən “Zəfər Qülləsi” layihənin ən diqqətçəkən memarlıq elementlərindəndir.
Tədbir çərçivəsində maliyyə və sosial infrastruktur istiqamətlərində əməkdaşlıqların qurulması da diqqət mərkəzində olub. Avant Group ilə ABB arasında ipoteka tərəfdaşlığına dair memorandum imzalanıb. Layihənin gələcək rezidentləri üçün təhsil və sağlam həyat tərzi infrastrukturunun inkişafı məqsədilə Landau Educational Group və Push30 ilə də anlaşma memorandumları imzalanıb.
Təqdimat və imzalanma mərasimləri “Caspi Yards”ın müxtəlif şəhər funksiyalarını bir araya gətirən çoxfunksiyalı layihə olduğunu nümayiş etdirib. Müasir memarlığı yaşayış, biznes və sosial infrastrukturu ilə birləşdirən layihə Bakıda yeni şəhər mühitinin formalaşdırılmasına yönəlmiş növbəti təşəbbüsdür.
“Caspi Yards” layihəsi Avant Group və Moonwake Investment arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin ilk fazası üzrə mənzillərin satışına başlanılıb. Zəfər Günü münasibətilə ilk 44 mənzilin alışı zamanı məhdud müddət ərzində 8 faiz endirim təklif olunur.
Satış mərkəzi Afiyəddin Cəlilov küçəsi 23 ünvanında yerləşir. Layihə və mənzillər barədə ətraflı məlumatı satış mərkəzinə yaxınlaşaraq və ya *0044 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Ətraflı məlumat: www.caspiyards.az
Əlaqə: *0044
YouTube: https://youtu.be/L9zuJ-XAObo
Instagram: https://www.instagram.com/caspiyards/
Müştərilərin xəbərləri
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
21 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
1 saat əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
-
1 saat əvvəl
"Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur"
-
2 saat əvvəl
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
-
3 saat əvvəl
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
-
3 saat əvvəl
Dövlətin verdiyi avadanlıqları satdı – İş Ali Məhkəməyə qədər gedib çıxdı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Noyabrın 14-də gözlənilən hava şəraiti
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
Ən çox oxunanlar
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycan neftinin son qiyməti





















