“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Almaniya avtomobil sənayesində böhran dərinləşir – “Mercedes-Benz” investisiyaları dayandırır. Zavodlar bağlana bilər.Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” ölkədə avtomobil istehsalının yüksək maya dəyəri və əməkhaqqı xərclərinin azaldılması ilə bağlı razılığın əldə olunmaması səbəbindən Almaniyadakı müəssisələrinə bütün yeni investisiyaları dayandırmaq qərarına gəlib. Şirkət zavodların bağlanması imkanını da nəzərdən keçirir.
Marja.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin əməkdaşlara ünvanladığı daxili məlumatda bildirilib.
Noyabrın 12-də “Reuters”in əldə etdiyi və “Mercedes-Benz”in daxili şəbəkəsində yayımlanan məlumatda qeyd olunur ki, rəhbərlik istehsal xərclərinin azaldılması istiqamətində işçilər şurası və həmkarlar ittifaqı nümayəndələri ilə razılığa gələ bilməyib.
Şirkətin istehsal üzrə rəhbəri Mixael Şibe (Michael Schiebe) bildirib ki, Almaniyada avtomobil istehsalının yüksək maya dəyəri və xərclərin azaldılması ilə bağlı danışıqların nəticəsiz qalması investisiyaların dayandırılmasına səbəb olub.
Onun sözlərinə görə, rəhbərlik Almaniyadakı zavodlara bundan sonra bütün yeni investisiyaların dayandırılması barədə birgə qərar qəbul edib.
Almaniyada iki zavodun bağlanması ehtimalı artır
“Mercedes-Benz” artıq bir neçə aydır xərclərin azaldılması məqsədilə əməkdaşlarla danışıqlar aparır. Şirkət rəhbərliyi xüsusilə əmək xərclərinin aşağı salınmasını istehsalın rəqabət qabiliyyətinin qorunması baxımından vacib hesab edir.
Mixael Şibe hələ sentyabr ayında əməkdaşlara xəbərdarlıq etmişdi ki, xərclərin azaldılması istiqamətində irəliləyiş əldə olunmasa, Almaniyadakı iki zavodun bağlanması gündəmə gələ bilər. Şirkət rəhbərlərinin noyabrın 12-də yayımladığı yeni mesaj isə bu ehtimalın daha ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.
“Zavodların bağlanmasının qarşısını almaq istəyirik, lakin...”
“Mercedes-Benz”in İdarə Heyətinin üzvü Britta Zeeger (Britta Seeger) əməkdaşlara ünvanlanan daxili məktubda zavodların bağlanmasının şirkət rəhbərliyi üçün arzuolunmaz addım olduğunu vurğulayıb.
“Biz hamımız nəyin bahasına olursa-olsun zavodların bağlanmasından qaçmaq istəyirik. Lakin təəssüf ki, artıq bu variantı daha ətraflı nəzərdən keçirməliyik”, – deyə o bildirib.
Beləliklə, əmək xərclərinin azaldılması ilə bağlı danışıqlarda razılığın əldə olunmaması “Mercedes-Benz”in Almaniyadakı istehsal müəssisələrinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.
Hazırda şirkətin Almaniyadakı bütün yeni investisiyalarının dayandırılması qərara alınsa da, zavodların bağlanması ilə bağlı yekun qərar verildiyi açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 14 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır
-
1 saat əvvəl
Azərbaycanın da üzv olduğu investisiya fonduna yeni prezident seçilib
-
1 saat əvvəl
Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Nvidia-nın yeni rəhbəri kimdir? – 13 ildir şirkətdə çalışan qadın dünyanın ən böyük çip istehsalçısına rəhbərlik edəcək
Nvidia-da casusluq qalmaqalı böyüyür – Censen Huanq istefa verdi
Əliyevlə Paşinyanın görüşü keçirilib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Noyabrın 13-dən 2 marşrut xəttinə yeni avtobuslar buraxılacaq






















