970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib ®

AzVak-mobil_resmin_ustu_31
Azercell Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Süni İntellektlə Müasir Məktəb” təşəbbüsü müəllimlərin rəqəmsal bacarıqlarının inkişafını, süni intellektin tədrisə inteqrasiyasını və təhsildə gərəkli texnologiya istifadəsini dəstəkləyir

Reklam_3_11

“Süni İntellektlə Müasir Məktəb” (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib.

Layihəyə müəllimlər tərəfindən böyük maraq göstərilib. Nəticədə, təlimlərdən faydalanan müəllimlərin sayı ilkin hədəfi iki dəfə üstələyib.

Azərbaycan, ingilis və rus dillərində keçirilən sessiyalar süni intellektin tədris prosesində tətbiqinə həsr olunub. Müəllimlər dərs planlarının və tədris materiallarının hazırlanmasında istifadə edə biləcəkləri süni intellekt alətləri ilə tanış olub, onların imkanlarını real tapşırıqlar vasitəsilə sınaqdan keçiriblər. İştirakçılar, həmçinin “Gemini Gems” platforması vasitəsilə fərdi süni intellekt köməkçiləri yaratmağı öyrəniblər.

Təlim proqramında süni intellekt tərəfindən yaradılan məzmunun dəqiqliyinin qiymətləndirilməsi, bunu həyata keçirən alətlərin imkan və məhdudiyyətləri müzakirə olunub. Bu yanaşma müəllimlərdə süni intellektdən yalnız texnoloji vasitə kimi deyil, həm də tənqidi düşüncə və peşəkar qiymətləndirmə resursu kimi istifadə bacarığını inkişaf etdirir.

SIMM layihəsi hazırda növbəti mərhələləri üzrə davam edir. Müəllimdən-müəllimə bilik və təcrübə mübadiləsi modelinə əsaslanan bu yanaşma layihənin əhatə dairəsini genişləndirməyi, pedaqoqlar arasında əməkdaşlığı gücləndirməyi və məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti formalaşdırmağı hədəfləyir.

12.11.2026 16:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19