Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

52 investor “Legion Financial”ın istiqrazlarına 1 milyon manat yatırdı

“Legion Financial” 16 faiz kuponlu istiqrazlarla 1 milyon manat cəlb edib
AzVak-mobil_resmin_ustu_31
52 investor “Legion Financial”ın istiqrazlarına 1 milyon manat yatırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Legion Financial” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışı Bakı Fond Birjasında (BFB) tam yerləşdirilib.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, 12 noyabr 2026-cı il tarixində yekunlaşan hərracda 52 investor 52 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi həcmi 1 milyon manat olub və buraxılışın 100 faizinə bərabər olub.

Reklam_3_11

Birqiymətli hərracda 10 min istiqrazın hər biri 100 manata satılıb. İstiqrazların tədavül müddəti 12 ay, kupon faizi 16 faizdir. Faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

AZ2005025468 ISIN kodlu istiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Yerləşdirmənin anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC olub.

BFB-nin Listinq Komitəsi noyabrın 5-də istiqrazların ticarətə buraxılmasına icazə verib. Hərracın nəticələri birjanın listinq qaydalarının 4.6-cı bəndinin tələblərinə cavab verdiyi üçün istiqrazlar Standart Bazar listinq seqmentinə daxil edilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Legion Financial istiqrazları 16 faiz kuponlu istiqraz Bakı Fond Birjası BFB hərrac nəticələri 1 milyon manatlıq istiqraz buraxılışı AZ2005025468 Troni İnvestisiya Şirkəti Standart Bazar listinqi korporativ istiqrazlar
12.11.2026 14:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19