Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb

Taksi sürücülərinin gəlirlərindən 1% vergi tutulması təklif olunur – Yeni mexanizm. Taksi operatorları sürücülərin vergisini tutaraq büdcəyə köçürəcəklər. “ƏDV geri al” genişləndirilir – Nağdsız alış-verişin 0,9%-i qaytarılacaq. ƏDV ödəyicisi olmayan satıcılardan alış-veriş edənlər də pul geri ala biləcəklər. Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi təklif olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə həyata keçirilən taksi xidmətlərinin 1 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi təklif olunur.

Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.

Təklif olunan mexanizmə əsasən, sərnişin ödəniş etdikdən sonra taksi sifarişi platforması (operator) vergini tutacaq, büdcəyə köçürəcək və bəyannamə verəcək.

Sürücü isə tutulmalardan sonra qalan məbləği alacaq.

Beləliklə, taksi sifarişi operatorları vasitəsilə həyata keçirilən taksi xidmətlərində verginin ödəmə mənbəyində tutulması nəzərdə tutulur.

“ƏDV GERİ AL” MEXANİZMİ GENİŞLƏNDİRİLİR

Vergi nəzarətinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan digər dəyişiklik “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişləndirilməsidir. Təklifə əsasən, ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən nağdsız qaydada alınan mallar və xidmətlər üzrə ödənişin 0,9 faizinin istehlakçıya geri qaytarılması nəzərdə tutulur. Beləliklə, yeni mexanizm ƏDV ödəyicisi olmayan satıcılardan nağdsız qaydada alınan mallar və xidmətlər üzrə də vəsaitin bir hissəsinin istehlakçıya qaytarılmasını əhatə edəcək.

YANACAQ MƏHSULLARININ MARKALANMASI VƏ İZLƏNİLMƏSİ TƏKLİF OLUNUR

Dövlət Vergi Xidmətinin təqdimatında yanacaq məhsullarının markalanması ilə bağlı yeni nəzarət mexanizmi də yer alıb. Təklifə əsasən, ölkədə istehsal olunan və idxal edilən yanacaq məhsullarının beynəlxalq təcrübəyə uyğun olaraq markalanması nəzərdə tutulur. Bu məhsulların tədarük, daşınma və satış mərhələlərində zəncirboyu izlənilməsi mexanizminin tətbiqi təklif edilir.

Təqdimatda prosesin aşağıdakı mərhələləri göstərilir:

1. İstehsal və idxal;

2. Tədarük;

3. Daşınma;

4. Satış.

GÖZLƏNİLƏN NƏTİCƏ

Dövlət Vergi Xidməti təqdimatda dəyişikliklərdən gözlənilən nəticə kimi yanacaq məhsullarının satışı, pərakəndə ticarət və taksi xidmətləri sahəsində dövriyyənin tam uçota alınmasını və kölgə dövriyyənin azaldılmasını göstərib.

taksi vergisi 2027 taksi sürücülərinin vergisi taksi sifarişi operatorları taksi platforması 1 faiz vergi ödəmə mənbəyində vergi ƏDV geri al 0 9 faiz geri qaytarılma ƏDV ödəyicisi olmayan satıcılar nağdsız alış-veriş yanacağın markalanması yanacaq məhsullarının izlənilməsi Dövlət Vergi Xidməti vergi nəzarəti Vergi Məcəlləsi 2027
12.11.2026 13:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19