Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?

Çörək, ət, tibbi xidmət və elektromobil avadanlıqlarına vergi güzəştləri uzadıla bilər – SİYAHI. 2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir? Buğda, un, çörək və ətin satışında ƏDV azadolması daha 3 il davam edə bilər. Formula 1 və Formula 2 üzrə vergi güzəştlərinin uzadılması təklif olunur. Qızıl, platin və almaz idxalı ilə bağlı vergi güzəştləri uzadıla bilər. Regionlardakı otellərə 75%-lik əmlak vergisi güzəşti daha 3 il uzadılır. Tibbi xidmətlər və elektromobil enerji doldurucuları üzrə ƏDV güzəştləri davam edə bilər.
AzVak-mobil_resmin_ustu_31
2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2027-ci ildən kənd təsərrüfatı, səhiyyə, ekologiya, yanacaq-energetika, turizm, idman, zərgərlik, nəqliyyat və xidmət sektorlarında tətbiq olunan 15 vergi güzəştinin müddətinin uzadılması təklif edilir.

Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.

AQRAR SEKTORDA 4 GÜZƏŞT DAHA 3 İL UZADILA BİLƏR

Aqrar sektor üzrə aşağıdakı dörd ƏDV azadolmasının müddətinin 3 il uzadılması nəzərdə tutulur:

1. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə ƏDV azadolması;

2. Kəpəyin istehsalı və satışı üzrə ƏDV azadolması;

3. Heyvan və quş ətinin satışı üzrə ƏDV azadolması;

4. Yem və yem əlavələrinin satışı üzrə ƏDV azadolması.

ƏHİYYƏ SEKTORUNDA 3 VERGİ GÜZƏŞTİ

Səhiyyə sektoru üzrə də üç güzəştin 3 il müddətinə uzadılması təklif olunur. Bunlar aşağıdakılardır:

1. İcbari tibbi sığorta fondunun və ictimai-sosial fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə ƏDV azadolması;

2. Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə ƏDV azadolması;

3. Tibb sektorunda nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması.

ELEKTRİK AVTOMOBİLLƏRİ ÜÇÜN ENERJİ DOLDURUCULARINA GÜZƏŞT

Ekologiya istiqamətində elektrik avtomobilləri üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolmasının 3 il uzadılması nəzərdə tutulur.

XAM NEFT VƏ TƏBİİ QAZIN İDXALI ÜZRƏ GÜZƏŞT

Yanacaq-energetika sahəsində svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı üzrə ƏDV azadolmasının 3 il müddətinə uzadılması təklif edilir.

FORMULA 1 VƏ FORMULA 2 ÜZRƏ GÜZƏŞTLƏR DAVAM EDƏ BİLƏR

Turizm və idman sahəsində iki vergi güzəştinin müddətinin 3 il uzadılması nəzərdə tutulur. Bunlardan biri Formula 1 və Formula 2 yarışları ilə əlaqədar güzəştlərdir. Digəri isə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılmasıdır.

ZƏRGƏRLİK SAHƏSİNDƏ 2 GÜZƏŞT

Zərgərlik sənayesi üzrə aşağıdakı güzəştlərin 3 il uzadılması təklif edilir:

1. Zərgərlik məmulatlarının istehsalı üçün dəzgah, avadanlıq və qurğuların idxalı üzrə ƏDV azadolması;

2. Platin, qızıl, onlardan hazırlanmış zərgərlik məmulatlarının və emal olunmuş almazın idxalı üzrə aksiz azadolması.

NƏQLİYYAT SAHƏSİNDƏ 2 İLLİK GÜZƏŞT

Nəqliyyat sahəsində xarici dövlətlərin yük avtomobilləri tərəfindən həyata keçirilən dəmir yolu–avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmanın 2 il müddətinə uzadılması nəzərdə tutulur.

XİDMƏT SEKTORUNDA ƏDV GÜZƏŞTİ

Xidmət sektoru üzrə publik hüquqi şəxslər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV azadolmasının 3 il uzadılması təklif olunur.

Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi ərzaq məhsulları və tibbi xidmətlərdə qiymət sabitliyi, zərgərlik məhsulları istehsalının rəqabətqabiliyyətliliyi və tranzit yükdaşımaların artması göstərilir.

2027-ci il vergi güzəştləri ƏDV azadolması çörək ƏDV buğda idxalı ət satışında ƏDV yem və yem əlavələri icbari tibbi sığorta tibbi xidmətlər ƏDV elektromobil enerji doldurucuları Formula 1 vergi güzəşti Formula 2 otellərin əmlak vergisi zərgərlik məmulatları qızıl idxalı platin idxalı almaz idxalı tranzit daşımalar yol vergisi Dövlət Vergi Xidməti
12.11.2026 13:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19