Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB DigiLife onlayn jurnalını təqdim edib ®

AzVak-mobil_resmin_ustu_31
ABB DigiLife onlayn jurnalını təqdim edib ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olmaq imkanı yaradır.

DigiLife-ın əsas özəlliyi müxtəlif peşə və maraq sahələrini təmsil edən insanları vahid platformada oxucu və müəllif kimi bir araya gətirməsidir. DigiLife faydalı məlumatlar əldə etmək, eyni zamanda bilik və təcrübələri bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq, yeni ideyalar kəşf etmək, fərqli maraqları paylaşanlarla virtual icma yaratmaq üçün rəqəmsal məkandır.

Onlayn jurnalda maliyyə, texnologiya, biznes, karyera, şəxsi inkişaf, həyat tərzi və digər çoxsaylı istiqamətlər üzrə müxtəlif kontentlər paylaşılır. Burada oxucular başqalarının fikir və təcrübələrindən yararlana, yazılanları şərh edə, eyni zamanda öz təcrübələri barədə yazıb paylaşa bilərlər. DigiLife-ın hər kəs üçün açıq rəqəmsal platforma kimi inkişafı nəzərdə tutulur.

Layihənin məqsədi faydalı məzmunu daha geniş auditoriya üçün əlçatan etmək, maarifləndirmək, insanlarda bilik paylaşımına motivasiya yaratmaqdır.

ABB DigiLife layihəsi ilə rəqəmsal xidmətlərin inkişafına yeni istiqamət əlavə edir, müştərilərin həyat tərzi tərəfdaşı olaraq onların gündəlik həyatına yeni dəyər qatmağı hədəfləyir.

Onlayn jurnalla buradan tanış ola, siz də DigiLife üçün yaza bilərsiniz.

Jurnal haqqında hazırlanmış video ilə buradan tanış olun.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

12.11.2026 15:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19