Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

1 milyon manatlıq buraxılış, 100 min manatlıq tələb - “Legion Financial”ın istiqraz buraxılışının 10 faizi yerləşdirilib

“Legion Financial”ın 1 milyon manatlıq istiqraz buraxılışının 10 faizi yerləşdirilib. “Legion Financial”ın 16 faizli istiqrazlarının onda biri satılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
1 milyon manatlıq buraxılış, 100 min manatlıq tələb - “Legion Financial”ın istiqraz buraxılışının 10 faizi yerləşdirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Legion Financial” ASC-nin 16 faiz kupon dərəcəli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 12 noyabr 2026-cı ildə yekunlaşıb. Şirkət 1 milyon manatlıq buraxılış üzrə 100 min manat cəlb edib.

Marja.az Bakı Fond Birjasının (BFB) məlumatına istinadən xəbər verir ki, hərracda 52 investor 52 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi həcmi 100 min manat təşkil edib. Hər istiqraz 100 manata satılıb. Bu qiymətlə buraxılışa daxil olan 10 min istiqrazdan min ədədi yerləşdirilib.

Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların tədavül müddəti 12 aydır. Faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə birqiymətli hərracda aparılıb.

BFB-nin Listinq Komitəsi istiqrazların ticarətə buraxılmasına noyabrın 5-də icazə verib. Hərracın nəticələri birjanın listinq qaydalarının 4.6-cı bəndinin tələblərinə cavab verdiyindən istiqrazlar Standart Bazar listinq seqmentinə alınır.

Buraxılışın ISIN kodu AZ2005025468, anderrayteri isə “Troni İnvestisiya Şirkəti” QSC-dir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Legion Financial Bakı Fond Birjası BFB 16 faizli istiqraz 1 milyon manatlıq istiqraz buraxılışı 100 min manatlıq yerləşdirmə istiqraz hərracı Standart Bazar
12.11.2026 14:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19