970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlət hər litr üçün 7 qəpik ödəyəcək

Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib. Dövlət süd istehsalını artırmaq üçün yeni maliyyə dəstəyi tətbiq edəcək. Fermerlərə yeni subsidiya: Hər ton süd üçün 70 manat ödəniləcək
AzVak-mobil_resmin_ustu_31
Dövlət hər litr üçün 7 qəpik ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar öz təcrübə və təkliflərini bölüşüb, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar. Emal müəssisələrinin nümayəndələri xammalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.

Nazir müavini Seymur Səfərli bildirib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiq edilib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq.

Qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də müvafiq bəyanların təqdim edilməsi, heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əsaslanacaq.

Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.

Görüşdə həmçinin süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin, yerli süd məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsinin və sahənin mövcud potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb.

subsidiyası süd istehsalçılarına subsidiya Azərbaycan süd istehsalı hər litr südə 7 qəpik hər ton südə 70 manat Aqrar Subsidiya Şurası Kənd Təsərrüfatı Nazirliyi Seymur Səfərli süd emalı müəssisələri fermerlərə dövlət dəstəyi EKTİS süd toplama məntəqələri soyudulmuş xam süd kooperativlərə subsidiya süd istehsalının artırılması kənd təsərrüfatı subsidiyaları 2026 heyvanların identifikasiyası heyvanların sığortalanma
13.11.2026 17:39
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19