970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 1393 nəfərdən 6848 müraciət

İpoteka kreditlərinə müraciət başladı – Sistemə 6848 müraciət daxil oldu. Dövlət ipotekası üçün müraciət edənlərin sayı açıqlandı – 1393 nəfər. Azərbaycanda dövlət ipotekasına yüksək tələb – Bir nəfərə orta hesabla 5 müraciət göndərib.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 1393 nəfərdən 6848 müraciət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və “AzInTelecom” MMC-nin BİRGƏ MƏLUMATI

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılmış və 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən müraciətlərin qəbuluna başlanılmışdır.

Vətəndaş müraciətlərinin Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilmiş, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılmışdır.

İpoteka kreditləşməsi prosesində ilk dəfə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq ediblər.  

Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırmışdır. Elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün 1393 şəxsin (ümumi müraciət sayı 6848) müraciəti qeydə alınmışdır.

İpoteka kreditləşməsi üzrə müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İpoteka və Kredit Zəmanət Fondu dövlət ipotekası adi ipoteka krediti ipoteka limitləri 2026 ipoteka müraciətləri 6848 ipoteka müraciəti 1393 nəfər ipoteka kreditləşməsi Mygov Elektron ipoteka və kredit zəmanət sistemi SİMA İmza biometrik identifikasiya AzInTelecom Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ipoteka krediti almaq mənzil krediti ipoteka bankları 13 noyabr 202
13.11.2026 18:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19