Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

10 min manatınız varsa, illər sonra real dəyəri nə qədər olacaq? Səhm, istiqraz, yoxsa ETF? Kapital Bank rəsmisi fərqləri izah etdi. “Yüksək gəlir, sıfır risk” vədi təhlükə siqnalıdır — Investorlar diqqətli olsun. İnvestisiyada ən böyük səhv nədir? İnvestisiyaya başlamazdan əvvəl bu 6 suala cavab verin.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı (mobil)_32

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: “Bəs pulumu necə dəyərləndirim?”

İnvestisiya haqqında düşünəndə isə suallar artır: Haradan başlamalıyam? Nə qədər pulla başlamaq olar? Risk nədir? Səhm, istiqraz və ETF arasında fərq nədir? Pulumu necə bölüşdürməliyəm? Seçdiyim investisiyanın mənim üçün uyğun olub-olmadığını necə anlayım?

Suallarımızı Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Elşad İbrahimov cavablandırır.

- Elşad bəy, investisiyaya başlamaq istəyən, amma bu sahədə təcrübəsi olmayan insan ilk olaraq nə etməlidir?

- İlk addım konkret bir investisiya aləti seçmək olmamalıdır. Əvvəlcə insan özünə çox sadə bir sual verməlidir: “Mən nə üçün investisiya edirəm və bu pula nə vaxt ehtiyacım olacaq?”.

Məsələn, məqsədiniz uzunmüddətli kapital yaratmaq, ev almaq, təhsil üçün vəsait toplamaq və ya gələcək üçün əlavə maliyyə mənbəyi formalaşdırmaq ola bilər. Bu məqsədlərin müddəti fərqlidir və təbii olaraq investisiyaya yanaşma da fərqli olacaq.

Bir məqamı da nəzərə almaq lazımdır. İnvestisiyaya ayırdığınız pul gözlənilməz xərclər zamanı sizə lazım olacaq yeganə vəsait olmamalıdır. Çünki bazarda qiymətlər müəyyən dövrlərdə aşağı düşə bilər. Həmin anda pula ehtiyacınız yaranarsa, investisiyanızı əlverişsiz qiymətə satmaq məcburiyyətində qala bilərsiniz. Ona görə mən başlanğıcı belə görürəm: əvvəl məqsədinizi dəqiqləşdirin, sonra maliyyə vəziyyətinizə baxın, bundan sonra hansı investisiya alətlərinin sizə uyğun ola biləcəyini araşdırın.

-Bəs, yığım etmək ilə investisiya etmək arasında nə fərq var?

- Pulu dəyərləndirmək deyəndə söhbət mütləq investisiyadan getmir. Yığım hesabı və depozit də pulun dəyərləndirilməsi üçün olan seçimlərdəndir.

Məsələn, yaxın aylarda istifadə etməyi planlaşdırdığınız vəsaiti daha əlçatan saxlamaq istəyirsinizsə, yığım hesabı bu baxımdan uyğun seçim ola bilər. Kapital Bank-ın Yığım hesabı ilə hətta siz sabah xərcləməyi planladığınız məbləği də yerləşdirə və gəlir əldə edə bilərsiniz.  Bu, insana gündəlik ehtiyaclarına xərcləyəcəyi pulunu dəyərləndirmək, eyni zamanda vəsaitə ehtiyac yarandıqda ondan istifadə etmək azadlığı verir.

Daha uzun müddət istifadə etməyi planlaşdırmadığınız vəsait üçün isə depozit alternativ ola bilər. Depozitin əsas üstünlüklərindən biri əvvəlcədən müəyyən edilmiş şərtlər çərçivəsində gəlir əldə etmək imkanının olmasıdır.

İnvestisiyada isə yanaşma fərqlidir. Burada investor bazardakı qiymət dəyişikliklərini qəbul edir və daha yüksək gəlir əldə etmək potensialı müqabilində daha yüksək risk daşıyır.

Ona görə “pulumu necə dəyərləndirim?” sualının cavabı hamı üçün eyni deyil. Pulun nə üçün toplandığı, ona nə vaxt ehtiyac olacağı və müştərinin hansı riski qəbul edə biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.

- Uzunmüddətli yığım edən insan pulunun gələcək dəyəri ilə bağlı nələri nəzərə almalıdır?

- Burada inflyasiyanı nəzərə almaq vacibdir. Pulun məbləği dəyişməsə belə, qiymətlərin artması onun alıcılıq qabiliyyətini azalda bilər. Məsələn, bu gün 10 000 manatla müəyyən məhsul və xidmətlər ala bilərsiniz. Bir neçə ildən sonra isə həmin 10 000 manat eyni şeyləri almağa kifayət etməyə bilər. Yəni, hesabınızdakı rəqəm dəyişməyib, amma pulun real dəyəri dəyişib.

Bu səbəbdən uzunmüddətli yığım edən insan yalnız “Nə qədər pul toplamışam?” sualını deyil, “Bu pulun gələcəkdə alıcılıq qabiliyyəti necə olacaq?” sualını da düşünməlidir. Amma bunu bütün yığımlar investisiya edilməlidir kimi başa düşmək düzgün olmaz. İnvestisiya da müəyyən risk daşıyır və hər insan üçün uyğun seçim eyni deyil. Burada əsas məsələ maliyyə məqsədinizə, müddətinizə və imkanlarınıza uyğun variantları araşdırmaqdır.

- Risk deyəndə investor əslində nəyi nəzərdə tutmalıdır?

- Risk deyəndə insanların ağlına ilk olaraq “pulumu itirə bilərəm” fikri gəlir. Bu, əlbəttə, riskin bir hissəsidir, amma yeni başlayan investor üçün məsələ bir qədər genişdir.

Tutaq ki, siz 1 000 dollarlıq investisiya etmisiniz və bir müddət sonra onun dəyəri 800 dollara düşüb. İlk reaksiyanız təbii olaraq “200 dollar itirdim” ola bilər. Amma burada başqa bir sual da var: “Mənim bu pula nə vaxt ehtiyacım olacaq?”.

Əgər həmin pula yaxın zamanda ehtiyacınız yoxdursa, bazardakı enişi gözləmək imkanınız ola bilər. Amma həmin 1 000 dollar üç aydan sonra sizə mütləq lazım olacaqsa, vəziyyət dəyişir. Çünki bazarın aşağı olduğu vaxtda satmaq məcburiyyətində qala və zərər görə bilərsiniz. Ona görə riskə iki tərəfdən baxmaq çox vacibdir. “Mən bu dalğalanmaya psixoloji olaraq hazırammı?” və “Maliyyə vəziyyətim buna imkan verirmi?”.

Yəni risk təkcə “nə qədər itirə bilərəm?” sualı deyil. Bəzən daha vacib sual “bu itki mənim maliyyə planımı poza bilərmi?” olur.

Bir prinsip də yadda saxlanmalıdır: daha yüksək gəlir potensialı adətən daha yüksək risklə birlikdə gəlir. “Yüksək gəlir, sıfır risk” vədi isə ciddi xəbərdarlıq siqnalıdır.

- Yeni başlayan investor səhm, istiqraz və ETF arasında fərqi necə başa düşməlidir?

- İnvestisiyaya başlayan insan ilk növbədə qarşısındakı alətlərin nə olduğunu bilməlidir. Çünki nə aldığınızı bilmədən seçim etmək çətindir.

Səhm aldıqda konkret şirkətdə pay əldə edirsiniz. Şirkətin biznes nəticələri, gələcək perspektivləri və bazarın həmin şirkətlə bağlı gözləntiləri səhmin qiymətinə təsir edə bilər.

İstiqraz isə borc alətidir. Siz dövlətə və ya şirkətə müəyyən müddət üçün vəsait təqdim edir və istiqrazın şərtlərinə uyğun olaraq gəlir əldə edə bilərsiniz. Amma istiqrazı avtomatik olaraq “risksiz investisiya” hesab etmək olmaz. Emitentin vəziyyəti, müddət, faiz və digər şərtlər burada əhəmiyyətlidir.

ETF isə birjada alınıb-satılan fondur. Onun daxilində bir neçə səhm, istiqraz və ya digər aktiv ola bilər. Məsələn, müəyyən indeksi izləyən ETF bir əməliyyatla həmin indeksə daxil olan çoxsaylı şirkətlərə çıxış verə bilər.

Ona görə mən “hansı daha yaxşıdır?” sualına vahid cavab verməzdim. Əsas məsələ hansı alətin sizin məqsədinizə, investisiya müddətinizə və risk imkanınıza uyğun olduğunu anlamaqdır.

- Bütün pulları bir yerə qoymamaq məntiqli qərardırmı?

- Bu tövsiyəni tez-tez eşidirik: “Bütün pullarını bir yerə qoyma”. Əslində söhbət diversifikasiyadan gedir. Amma diversifikasiya sadəcə müxtəlif səhmlər almaq demək deyil. Məsələn, bütün pullarınızı müxtəlif texnologiya şirkətlərinin səhmlərinə yatırmısınızsa, şirkətlərin sayı çox olsa da, portfeliniz hələ də eyni sektorun vəziyyətindən ciddi şəkildə asılı ola bilər. Daha geniş yanaşmada investor səhm, istiqraz və nağd vəsait kimi müxtəlif aktiv siniflərini, eləcə də müxtəlif sektorları, şirkətləri və coğrafiyaları nəzərə ala bilər.

ETF-lər də müəyyən hallarda diversifikasiyaya kömək edə bilər, amma ETF almaq avtomatik olaraq riskin tam bölüşdürülməsi demək deyil. Əsas məsələ həmin ETF-nin daxilində nələrin olduğuna baxmaqdır.

Yəni diversifikasiyanın məqsədi sadəcə çoxlu investisiya almaq deyil. Məqsəd bir şirkətin, bir sektorun və ya bir bazarın mənfi dəyişiminin bütün portfelinizə həddindən artıq təsir etməsinin qarşısını almaqdır.

- Bəs konkret investisiya alətini seçərkən investor nəyə baxmalıdır?

- Yeni başlayan investorun özünə verəcəyi ilk sual “Bu investisiya qalxacaqmı?” olmalı deyil. Əvvəlcə daha sadə suallardan başlamaq lazımdır:

Mən nə alıram?

Bu investisiyanın gəliri haradan formalaşır?

Əsas riskləri hansılardır?

Qiymətinə nə təsir edə bilər?

Bununla bağlı hansı xərclərim olacaq?

Və bəlkə də ən vacib sual: “Mən bunu həqiqətən anlaya bilirəmmi?”

Məsələn, səhm alırsınızsa, şirkətin nə işlə məşğul olduğunu və necə gəlir yaratdığını bilməlisiniz. ETF alırsınızsa, hansı indeksi və ya sektoru izlədiyini, daxilində hansı aktivlərin olduğunu və xərclərini araşdırmalısınız. İstiqraz alırsınızsa, emitentin kim olduğunu, müddəti, gəlirlilik şərtlərini və əsas riskləri anlamalısınız.

Bu gün rəqəmsal platformalar investisiyaya çıxışı əvvəlkindən daha asan edir. Məsələn, Birbank Invest-də 1 ABŞ dollarından başlamaq və 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Bu, investisiyaya giriş baryerini aşağı salır. Amma seçim imkanının çox olması bir şeyi dəyişmir: investor yenə də nə aldığını anlamalıdır.

Yaxşı investor olmaq “düzgün səhmi tapmaqdan” əvvəl düzgün sualları verməyi öyrənməkdən başlayır. Çünki investisiyada məqsəd hər fürsətdən istifadə etmək deyil, anladığınız, maliyyə planınıza uyğun olan və risklərini qəbul edə bildiyiniz qərarı verməkdir.

- Təşəkkür edirəm Elşad bəy, bu mövzunu davam etdirək.

-  Mütləq. Təşəkkür edirəm.

Kapital Bank Elşad İbrahimov investisiya Birbank Invest səhm istiqraz ETF yığım hesabı depozit diversifikasiya investisiya riski inflyasiya şəxsi maliyyə yatırım investisiyaya necə başlamaq ola
01.10.2026 10:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19