“GL” ASC-nin istiqrazları tam yerləşdirildi
“GL” ASC-nin (Sizin Lombard brr500 min manat həcmində istiqraz buraxılışı tam yerləşdirilib. Şirkətin istiqrazlarına 51 investor tərəfindən ümumilikdə 500 min manatlıq sifariş verilib.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) məlumatına əsasən, istiqrazların yerləşdirilməsi üzrə hərrac 2 oktyabr 2026-cı il tarixində yekunlaşıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi buraxılış həcmi 500 min manat təşkil edib və bütün həcm investorlar tərəfindən alınıb.
İstiqrazlar üzrə illik kupon faizi 15% müəyyən edilib. Faiz ödənişləri hər 30 gündən bir, yəni aylıq həyata keçiriləcək. Qiymətli kağızların tədavül müddəti 7 ildir.
Bu şərtlərlə nominal dəyəri 100 manat olan bir istiqraz üzrə investor ildə 15 manat, hər 30 günlük dövr üçün isə 1,25 manat faiz gəliri əldə edəcək.
Bütün 500 min manatlıq emissiya üzrə hesablandıqda, “GL” ASC investorlarına ildə 75 min manat, hər 30 gündə isə ümumilikdə 6 250 manat kupon faizi ödəyəcək. İstiqrazlar 7 il müddətində dövriyyədə qalarsa, nominal kupon ödənişlərinin ümumi məbləği 525 min manata çata bilər. Bu hesablamaya istiqrazların əsas borcunun – 500 min manatın müddətin sonunda geri qaytarılması daxil deyil.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır.
BFB-nin məlumatına görə, hərracda 51 investor iştirak edib və 51 sifariş təqdim olunub. Sifarişlərin ümumi nominal məbləği də 500 min manat təşkil edib. Beləliklə, emissiyanın 100%-i yerləşdirilib.
İstiqrazların anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Bakı Fond Birjasının Listing Komitəsi 23 sentyabr 2026-cı il tarixində AZ2045020289 ISIN kodlu istiqrazların ticarətə buraxılmasına icazə verib. Qiymətli kağızlar BFB-nin tələblərinə uyğun olaraq Standart Bazar listinq seqmentinə daxil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















