Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən yağ istehsalı layihəsi həyata keçiriləcək.
"AGDAM AGRO YAG" MMC-yə (Ağdam Aqro Yağ) İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması planlaşdırılır.
Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Ağdamda 14,2 milyon manatlıq zavod quracaq şirkətin nizamnamə kapitalı 10 manatdır
Ağdam Sənaye Parkında 14,2 milyon manat investisiya ilə yağ istehsalı müəssisəsi yaratmağı planlaşdıran “AGDAM AGRO YAG” MMC ilə bağlı bəzi hüquqi və maliyyə məlumatları məlum olub. Marja.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, “AGDAM AGRO YAG” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 manat təşkil edir.
Şirkətin VÖEN-i 1606138251-dir. Vergi ödəyicisinə VÖEN 20 avqust 2026-cı il tarixində verilib. Reyestrdən son çıxarış isə 2 sentyabr 2026-cı il tarixində təqdim olunub.
Şirkətin qanuni təmsilçisi Anar Həsənov Hüseynqulu oğludur.
“AĞDAM AGRO YAĞ” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 40, mənzil 102 ünvanında yerləşir.
Vergi məlumatlarına əsasən, şirkət hazırda aktivdir, riskli vergi ödəyicisi hesab edilmir və dövlət büdcəsinə vergi borcu yoxdur. Şirkət ƏDV qeydiyyatında deyil.
Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.
Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























