Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
“Cahan Holdinq”in marketinq departamentinə yeni təyinat!“Cahan Holdinq”in marketinq departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifəyə marketinq sahəsində uzun illər peşəkar təcrübəyə malik Müşviq İskəndərov təyin olunub. Əmək fəaliyyətinə 2008-ci ildə başlayan Müşviq İskəndərov bu müddət ərzində müxtəlif tanınmış şirkət və qurumlarda marketinq istiqamətində rəhbər və məsul vəzifələrdə çalışıb.
O, yeni təyinatından əvvəl “Cahan Holdinq”ə məxsus “ENNA”, “Cahan Sənaye Kompleksi ” və “Cahan İnşaat” müəssisələrində marketinq direktoru olaraq fəaliyyət göstərib. “ENNA” müəssisəsində Azərbaycanın “Cola”sı “BUZZ Cola” markasının marketinq hərəkətliliyi böyük marağa səbəb olub.
“BE Group” brendinin sıfırdan yaradılmasında birbaşa olaraq iştirak edib. Marka innovativ marketinq addımları ilə ölkə usta sferasında özündən danışdıraraq yeni bir eranın başlanğıcına çevrilib.
“Cahan İnşaat”ın “Tarixin mərkəzində” sloqanı altında təqdim etdiyi layihə də qısa müddətdə Naxçıvanda böyük marağa səbəb olub.
Xatırladaq ki, “Cahan Holdinq” 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.
Holdinq avtomobil biznesi və texniki xidməti, çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















