Çinin qızıl alışları dayanmır – 23 aydır ehtiyat artırılır
Qızıl ucuzlaşdı, Çin fürsəti qaçırmadı – Sentyabrda 740 min unsiya alıbÇin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırmaqda davam edir. Bankın qızıl alışları ardıcıl 23-cü aya çatıb.
Marja xəbər verir ki, Çin, qızılın bir unsiyasının qiymətinin 4 min dollara doğru geriləməsi fonunda sentyabr ayında da ehtiyatlarına qızıl əlavə edib.
Çin Mərkəzi Bankının qızıl ehtiyatları sentyabr ayında 740 min unsiya artıb. Bununla da bankın qızıl alışları ardıcıl 23-cü ayda davam edib.
Dünyanın ən böyük qızıl alıcılarından biri olan Çin Mərkəzi Bankı qiymətlərin ucuzlaşmasından istifadə edərək son aylarda alışlarını sürətləndirib.
Yaxın Şərqdəki münaqişələr fonunda enerji qiymətlərinin kəskin yüksəlməsinin inflyasiyanı gücləndirməsi və ABŞ Federal Ehtiyat Sistemini (Fed) faiz dərəcələrini artırmağa sövq etməsi nəticəsində qızıl sentyabr ayında 6%-dən çox ucuzlaşıb.
Pul siyasətindəki bu dəyişikliklərə baxmayaraq, dünyanın ən böyük aktiv idarəçilərindən bəziləri qızılın qiyməti 4 min dollara yaxınlaşdıqca mövqelərini yenidən artırmağa başlayıblar. Bu, investorların qiymətli metalı uzunmüddətli perspektivdə də dəstəkləyəcək amillərin qalacağına inandıqlarını göstərir.
Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti Yoahim Nagel bu həftənin əvvəlində bildirib ki, dövlət borclarının artması mərkəzi bankların qızıl ehtiyatlarını artırması üçün arqumentləri daha da gücləndirir.
Dünya Qızıl Şurasının iyun ayında 74 mərkəzi bank arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 45%-i qarşıdakı bir il ərzində qızıl almağı planlaşdırır. Bu, sorğunun keçirilməyə başlandığı 2018-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Sorğuda iştirak edən yalnız bir mərkəzi bank qızıl ehtiyatlarını azaltmağı planlaşdırdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 12 saat əvvəl
-
13 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















