Trampdan İran müharibəsi ilə bağlı mühüm mesaj: “Çox sürətlə başa çatacaq”
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin “çox sürətlə” başa çatacağını və bundan sonra neft qiymətlərinin sürətlə aşağı düşəcəyini bildirib.
Marja.az xəbər verir ki, Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Texasda seçki tədbirinə yollanarkən Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-da benzin qiymətlərinin yüksək olması ilə bağlı danışan Tramp İranla müharibənin başa çatmasından sonra enerji qiymətlərində sürətli ucuzlaşma gözlədiyini deyib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayaraq bu istiqamətdə əsas missiyanın böyük ölçüdə yerinə yetirildiyini iddia edib.
“Bu missiyanı, əslində, tamamlamışıq. Onların ordusunu məhv etmişik. Bu vəziyyət çox sürətlə başa çatacaq. Bu baş verdikdə neft qiymətləri də sürətlə aşağı düşəcək”, – Tramp bildirib.
Tramp administrasiyası son dövrlərdə İranla qarşıdurma və Hörmüz boğazındakı gərginliyin enerji qiymətlərinə təsirini ABŞ ictimaiyyətində artan yanacaq xərcləri fonunda əsaslandırmağa çalışır. Yaxın Şərqdən neft tədarükü son həftələrdə müəyyən qədər bərpa olunsa da, regiondakı hərbi gərginlik enerji bazarları üçün əsas risklərdən biri olaraq qalır.
Tramp Məkkə İttifaqından da danışıb
ABŞ Prezidenti Türkiyə və Pakistanın Məkkə İttifaqı çərçivəsində Səudiyyə Ərəbistanına hərbi dəstək verməsi barədə qərarı da şərh edib.
Jurnalistlərin “Türkiyə və Pakistan Məkkə İttifaqı çərçivəsində Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərməyə razılaşıblar. Buna münasibətiniz necədir?” sualına Tramp belə cavab verib:
“Bu ölkələr Səudiyyə Ərəbistanına kömək etmək istəyirlər və məncə, bu, əla bir şeydir”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaradılmış müdafiə mexanizmi bir üzvə hücumun digər üzvlərə qarşı hücum kimi qiymətləndirilməsi prinsipinə əsaslanır. Son məlumatlara görə, Türkiyə Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları, kəşfiyyat və logistika sahələrində dəstək göstərir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
6 d. əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
12 d. əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 19 d. əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Şəhər Statistika İdarəsinin rəisi və müavinləri vəzifəsindən azad ediliblər
-
4 saat əvvəl
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Ən çox oxunanlar
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®






















