970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial şəbəkələrdə şərəf və ləyaqəti alçaltdı – 7 min manat ödəyəcək

İddiaçı 100 min manat tələb etdi, məhkəmə 7 min manat təzminat müəyyənləşdirdi. Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Məhkəmə: Şəxsin adının çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Məhkəmə: İctimai tanınmışlıq ailə üzvlərinin şəxsi həyatına müdaxiləyə əsas vermir. Məhkəmə: Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial şəbəkələrdə şərəf və ləyaqəti alçaltdı – 7 min manat ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.

Marja.az xəbər verir ki, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsində göstərilib ki, cavabdeh müxtəlif sosial şəbəkələrdə, o cümlədən “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videomateriallarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb.

İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 000 manat mənəvi ziyanın tutulmasını tələb edib.

Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və videomaterialları araşdıraraq müəyyən edib ki, cavabdehin işlətdiyi ifadələr iddiaçının və onun ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıyıb, onların şərəf və ləyaqətini alçaldıb.

Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ vardır. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.

Vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.

Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Eyni zamanda mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.

Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf, ləyaqət və şəxsi həyatına hörmət edilməsi öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır.Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.

Həmçinin bildirilib ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil.

Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb. Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.

Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib. 

Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib. 

Cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.

Tovuz Rayon Məhkəməsi sosial şəbəkələr şərəf və ləyaqət mənəvi ziyan 7 min manat 100 min manat məlumatların təkzibi şəxsi həyat ailə həyatı YouTube TikTok Instagram ifadə azadlığı fikir və söz azadlığı Konstitusiyanın 32-ci maddəsi Konstitusiyanın 47-ci maddəsi Avropa Konvensiyası kiber etika sosial şəbəkədə təhqir məhkəmə qərarı
08.10.2026 12:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19