Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - FOTOLAR

“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində məhsullarını təqdim edib.
AzVak-mobil_resmin_ustu_31
“Göygöl Şərab Zavodu” Alman Birliyi Günü tədbirində iştirak edib - FOTOLAR
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Xan 1860” Almaniya Səfirliyinin tədbirində təqdim olunub

6 oktyabr 2026-cı il tarixində Almaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən Alman Birliyi Günü münasibətilə təşkil olunan tədbirdə “Göygöl Şərab Zavodu” ASC tərəfdaş qismində iştirak edib.

Tədbir çərçivəsində şirkət öz məhsullarını qonaqlara təqdim edib və “Xan 1860” brendi altında təqdim olunan konyak məhsulundan dequstasiya təşkil edib. Tədbirdə Almaniya Səfirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, yerli və xarici qonaqlar, media nümayəndələri iştirak ediblər.

Bu kimi tədbirlər şirkət üçün Azərbaycan məhsullarının xarici qonaqlara təqdim edilməsi, yeni əlaqələrin qurulması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır. Xarici nümayəndələrlə birbaşa ünsiyyət Azərbaycan istehsalının və milli brendlərin yeni auditoriyalara çatdırılmasına imkan yaradır.

Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın spirtli içki istehsalı sahəsində zəngin tarixə və ənənələrə malik müəssisələrindən biridir. Şirkətin “Xan 1860”, “Göygöl” və “Karabakh” brendləri altında təqdim etdiyi şərab, konyak, araq və digər məhsullar müxtəlif ölkələrə ixrac olunur və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.

“Göygöl Şərab Zavodu” ASC Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və yeni ixrac imkanlarının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Göygöl Şərab Zavodu Xan 1860 Alman Birliyi Günü Almaniya Səfirliyi Azərbaycan şərabı Azərbaycan konyakı yerli brendlər spirtli içkilər şərab istehsalı konyak istehsalı ixrac Azərbaycan məhsulları Göygöl brendi Karabakh brendi beynəlxalq bazarlar milli brendlər dequstasiya diplomatik tədbir
08.10.2026 13:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19