Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

Azərbaycanda investisiyalar 10,9% artıb – 14,7 milyard manata yaxınlaşıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.

Marja.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, investisiyaların real həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% artıb. Cari ilin yanvar–avqust aylarında illik artım 10% təşkil etmişdi.

Beləliklə, əsas kapitala investisiyalarda 9 aylıq dövr üzrə artım tempi 0,9 faiz bəndi yüksəlib.

Qeyri-neft sektoruna 9,8 milyard manat investisiya qoyulub

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda qeyri-neft-qaz sektoruna 9 milyard 813,4 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1% çoxdur.

2026-cı ilin yanvar–avqust aylarında qeyri-neft-qaz sektoruna investisiyalarda illik artım 1,4% olmuşdu.

Beləliklə, qeyri-neft-qaz sektoruna investisiyaların artım tempi 9 aylıq dövrdə 1,7 faiz bəndi yüksəlib.

Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların ümumi kapital qoyuluşunda payı təxminən 66,8% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycanda investisiyalar əsas kapitala investisiyalar kapital qoyuluşu investisiya statistikası 2026 Azərbaycan iqtisadiyyatı investisiya artımı qeyri-neft investisiyaları qeyri-neft-qaz sektoru əsas kapital qeyri-neft iqtisadiyyatı Azərbaycanda kapital qoyuluşu investisiya layihələri
09.10.2026 13:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19