Azərbaycan iki enerji layihəsi üçün 1,1 milyon dollar qrant alır - Sazişləri imzalandı
Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.
Marja.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.
Energetika naziri Pərviz Şahbazov deyib: “Bu sazişlər Azərbaycanın Xəzər dənizində külək enerjisinin genişmiqyaslı inkişafı və yaşıl enerjinin regional və qitələrarası ötürülməsi üzrə strateji hədəflərinə beynəlxalq dəstəyin növbəti təzahürüdür. Bu əməkdaşlıq bir tərəfdən dənizdə külək enerjisinin mənimsənilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, digər tərəfdən isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin formalaşdırılmasına xidmət edir. Hər iki layihə Azərbaycanın zəngin bərpa olunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, ölkəmizin regional enerji inteqrasiyasında strateji rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanın yaşıl enerji təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.”
Bankın baş investisiya direktoru Konstantin Limitovski isə bildirib ki, bu, Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) MCDF tərəfindən dəstəklənən “Xəzər Yaşıl Enerji Dəhlizi” və “Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyasının yaradılmasını dəstəkləyən sahil infrastrukturu” layihələri üzrə Azərbaycanla imzaladığı ilk iki qrant sazişidir. Bu mühüm mərhələ layihələrin hazırlanması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə zəmin yaradır.
Qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
29 d. əvvəl
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
-
32 d. əvvəl
Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
-
35 d. əvvəl
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
-
37 d. əvvəl
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
- 41 d. əvvəl
-
52 d. əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 57 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
Ən çox oxunanlar
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
"Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq, Müstəqillik Bəyannaməsinə istinad sənəddən çıxarılacaq"
Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
Qızılın qiyməti 4 min dollardan aşağı düşdü — bazar FED-in dekabrda faiz artıracağına hazırlaşır
Neft qiymətləri son iki ayın ən aşağı səviyyəsinə düşüb
Dünyanın ən varlı insanları pullarını yeni investisiya sahələrinə yönəldirlər – Səbəblər açıqlandı
Sentyabrda orta maaş 30 qəpik azalıb




















