Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB Beynəlxalq Risk Forumu keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB Beynəlxalq Risk Forumu keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməsi sahəsində yerli və xarici mütəxəssislər, beynəlxalq ekspertlər bir araya gəlib. Forumda Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini Dəyanət Sədullayev də iştirak edib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov çıxışında bildirib ki, geosiyasi qeyri-müəyyənliklər, iqtisadi dalğalanmalar, süni intellektin inkişafı və yeni növ kibertəhlükələr biznes mühitini əvvəlkindən daha mürəkkəb edir. Bu müasir çağırışlar risklərin idarə edilməsinə yanaşmanı da yenidən nəzərdən keçirməyə zərurət yaradır: “Elə forumumuzun əsas ideyası da budur: risklərə ənənəvi çərçivələrdən kənarda baxmaq, beynəlxalq təcrübələri bölüşmək və gələcəyin çağırışlarına birlikdə hazırlaşmaq”.

Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev də çıxışlarında müasir dövrdə risklərin adekvat şəkildə idarə edilməsinin aktuallığı ilə bağlı fikirlərini bölüşüblər.

ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş risk inzibatçısı Aqşin Əmirov “Riski yenidən düşünmək: nəzarətçilərdən memarlara doğru” (reTHINKING RISK: From Gatekeepers to Architects) mövzusunda təqdimatında bu sahədə dəyişən yanaşmaları, ABB-nin tətbiq etdiyi yeni təcrübələri diqqətə çatdırıb.

Forumda qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən iqtisadi şəraitdə risklərin effektiv idarə olunması, dayanıqlılığın gücləndirilməsi məsələləri ilə bağlı yerli və xarici ekspertlərin təqdimatları olub. Həmçinin süni intellektin yaratdığı imkanlar və risklər, kibercinayətkarlıq və maliyyə dələduzluğu ilə mübarizə sahəsində yeniliklər, rəqəmsal aktivlərin və investisiya risklərinin idarə edilməsi məsələləri müzakirə edilib. Bankçılıqda risklərin idarə edilməsi funksiyasının gələcək perspektivlərinə, innovativ texnologiyaların təhlükəsiz tətbiqi məsələlərinə, strateji qərarvermə və yeni yaranan risklərə çevik reaksiya mexanizmlərinə diqqət yönəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

 

ABB Beynəlxalq Risk Forumu Abbas İbrahimov Aqşin Əmirov Toğrul Əliyev Zakir Nuriyev Dəyanət Sədullayev Mastercard Azərbaycan Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası Azərbaycan İnvestisiya Holdinqi bank riskləri risklərin idarə edilməsi süni intellekt bank sektorunda kibertəhlükəsizlik maliyyə dələduzluğu kibercinayətkarlıq rəqəmsal aktivlər investisiya riskləri bank sektorunun dayanıqlılığı geosiyasi risklər maliyyə sektoru
19.10.2026 17:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19