Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
“KollektA” ASC kapital bazarı vasitəsilə 1 milyon manat həcmində borc vəsaiti cəlb etməyi planlaşdırır. Şirkətin illik 16% gəlirliliklə buraxacağı istiqrazların yerləşdirilməsi oktyabrın 27-də həyata keçiriləcək.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) açıqladığı məlumata əsasən, Birjanın Listinq Komitəsinin 19 oktyabr 2026-cı il tarixli qərarı ilə “KollektA” ASC-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazın buraxılması nəzərdə tutulur.
İstiqrazların ümumi emissiya həcmi 1 milyon manat təşkil edir.
İllik 16% gəlirlilik və hər ay faiz ödənişi
İstiqrazlar üzrə illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Faiz ödənişləri hər ay həyata keçiriləcək. Hesablamalarda hər ay 30 gün qəbul ediləcək.
Müəyyən edilmiş şərtlərə əsasən, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə aylıq faiz gəliri təxminən 1,33 manat, 18 aylıq ümumi faiz gəliri isə 24 manat təşkil edəcək.
Məsələn, 10 min manat nominal məbləğində istiqraz əldə edən investorun aylıq faiz gəliri təxminən 133,33 manat, 18 ay ərzində ümumi faiz gəliri isə 2400 manat olacaq. Beləliklə, bütün istiqrazlar yerləşdirilərsə, şirkətin 18 ay ərzində investorlar qarşısında ümumi kupon öhdəliyi 240 min manat təşkil edəcək.
Bu hesablamalarda vergilər, komissiyalar və digər mümkün xərclər nəzərə alınmayıb.
İstiqrazların yerləşdirilməsi oktyabrın 27-də keçiriləcək
Bakı Fond Birjasının məlumatına görə, “KollektA” ASC-nin istiqrazlarının yerləşdirilməsi 27 oktyabr 2026-cı il tarixində birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmənin anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların dövlət qeydiyyat nömrəsi (ISIN) AZ2002028671-dir.
Qeyd edək ki, istiqrazlar təmin edilməmiş qiymətli kağızlardır. Bu isə investorların emitentin kredit riskini nəzərə almasını tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















