Azərbaycan Türkiyənin 31 vətəndaşının ölkəyə girişini qadağan etdi – Aralarında tanınmış siyasətçilər və jurnalistlər var
Türkiyənin 31 vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edildi – Adlar.Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının bir sıra vətəndaşlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi barədə mətbuat məlumat yayıb.
Məumatda bildirilir:
Müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:
1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri
2. Cem Özyurt – Bloger
3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı
4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri
5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı
6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi
7. Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik
8. Serhat Koyuncu – İctimai xadim
9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı
10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq
11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)
12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri
13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini
14. Aydın Binboğa – İqtisadçı, siyasətçi
15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti
16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi
18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi
19. Mert Armağan – Jurnalist
20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist
21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı
22. Yusuf Kaplan – Yazıçı, jurnalist
23. Erdinc Teğmen – Erte Medya’nın sahibi
24. Ahmet Çakar — Türkiyənin keçmiş millət vəkili
25. Halil Atakan Ay – İlahiyyatçı
26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti
27. Murat Şahin – Akit TV- də proqram aparıcısı
28. İrfan Kaya Ülger – Akit TV- də proqram aparıcısı
29. Fatin Dağistanlı – Akit TV- də proqram aparıcısı
30. Ömer Ulutaş – Toprak partiyasının sədri
31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili
Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















