Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI

Azərbaycanda 58,6 milyon dollarlıq yeni enerji layihəsi həyata keçiriləcək. PAŞA Bank Türkiyə şirkətinin Azərbaycandakı layihəsini maliyyələşdirəcək.Türkiyə şirkəti Azərbaycanda 58,6 milyon dollarlıq enerji layihəsi həyata keçirəcək - 250 MVt·saatlıq yeni enerji saxlama sistemi qurulacaq.
AzVak-mobil_resmin_ustu_31
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq.

Marja.az xəbər verir ki, layihə üzrə sazişin imzalanma mərasimində PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və YEO Teknoloji şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Tolunay Yıldız iştirak ediblər.

Reklam_3_11

Layihəni Türkiyənin enerji texnologiyaları sahəsində fəaliyyət göstərən YEO Teknoloji şirkəti, Azərbaycanda enerji sistemi üçün həyata keçirəcək. Bu çərçivədə 125 MVt gücündə və 250 MVt·saat tutumunda batareya əsaslı enerji saxlama sistemi qurulacaq. İşlər EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli əsasında, açar təslimi şərtləri ilə aparılacaq.

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda 2026-cı ilin ikinci rübündə ümumi tutumu 500 MVt·saat olan iki enerji saxlama sistemi istismara verilib. Yeni layihə ilə bu infrastruktura daha 250 MVt·saat tutumunda enerji saxlama sistemi əlavə olunacaq.

Yeni sistem elektrik şəbəkəsinin dayanıqlığını artırmağa və enerji istehsalı ilə istehlakı arasında balansı qorumağa kömək edəcək. Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin daha səmərəli istifadəsi də layihənin əsas məqsədlərindəndir. Bunun üçün batareya sistemləri ilə yanaşı, yüksək gərginlikli yarımstansiya tikiləcək və yeni sistem elektrik şəbəkəsinə inteqrasiya ediləcək. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.

Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Bank son illərdə enerji səmərəliliyi, dayanıqlı infrastruktur, aşağı karbonlu nəqliyyat və dekarbonizasiya sahələrində bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib.

YEO Teknoloji ilə əməkdaşlıq PAŞA Bankın enerji sektorunda maliyyələşdirdiyi layihələrin əhatəsini genişləndirəcək. Bank bərpa olunan enerji, enerji keçidi və strateji infrastruktur layihələrinin maliyyələşdirilməsini uzunmüddətli prioritetləri sırasında saxlayır.

PAŞA Bank YEO Teknoloji PAŞA Bank enerji layihəsi Azərbaycanda enerji saxlama sistemi batareya enerji saxlama sistemi BESS 58 6 milyon dollar 40 milyon dollar maliyyələşdirmə 250 MVt·saat 125 MVt bərpa olunan enerji enerji təhlükəsizliyi elektrik şəbəkəsi EPC-F Azərbaycan Türkiyə enerji əməkdaşlığı yaşıl enerji dayanıqlı maliyyələşdirmə Bəhruz Nağıyev Tolunay Yıldız.
21.10.2026 18:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19