Azərbaycan 9 ayda 103 minə yaxın Körfəz ölkələri ziyarətçisini itirib
Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb – Rəsmi statistika. Azərbaycana gələnlərin sayı azalır, Avropadan və MDB-dən gələnlər artır. 2026-cı ilin yanvar–sentyabr aylarında 1 milyon 575,3 min nəfər Azərbaycan vətəndaşı xaricə səfər edib. Onların 44,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13,0 faizi isə Gürcüstana gedib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,3 faiz artıb. Eyni dövrdə Azərbaycana xarici ölkələrdən 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi isə Türkiyənin payına düşüb.2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı azalıb. Xüsusilə Körfəz ölkələrindən gələnlərin sayında 32 faizlik geriləmə qeydə alınıb. Bununla yanaşı, Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında artım müşahidə olunub.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən hazırladığı hesabatda bildirilir.
Hesabata əsasən, 2026-cı ilin ilk 9 ayında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Beləliklə, ötən ilin ilk 9 ayında Azərbaycana təxminən 1 milyon 948,7 min nəfər gəlmişdisə, bu ilin eyni dövründə göstərici təxminən 116,9 min nəfər azalıb.
Körfəz ölkələrindən gələnlərin sayı 103 min nəfərə yaxın azalıb
Hesabat dövründə Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalaraq 218,3 min nəfər təşkil edib.
Hesablamalara əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici təxminən 321 min nəfər olub. Beləliklə, bir il ərzində Körfəz ölkələrindən gələnlərin sayı 102,7 min nəfər azalıb. Bu azalma Azərbaycana gələn əcnəbilərin ümumi sayındakı geriləmənin əsas hissəsini təşkil edib.
Digər tərəfdən, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb.
Digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər təşkil edib.
Azərbaycana ən çox Rusiya və Türkiyə vətəndaşları gəlib
2026-cı ilin yanvar-sentyabr aylarında ölkəyə gələn əcnəbilərin 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini isə İran vətəndaşları təşkil edib. Bu göstəricilərə əsasən, Azərbaycana gələn hər 100 əcnəbidən təxminən 54-ü Rusiya, Türkiyə və İranın payına düşüb.
Qeyd edək ki, ölkələr üzrə saylar Dövlət Statistika Komitəsinin açıqladığı faiz göstəricilərinə əsasən hesablanıb və təxminidir.
Azərbaycana gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.
Ölkəyə gələnlərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının da sayı azalıb
2026-cı ilin ilk 9 ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər olub.
Hesablamalara görə, ötən ilin eyni dövründə bu göstərici təxminən 1 milyon 604,2 min nəfər təşkil edib. Beləliklə, xaricə gedən vətəndaşların sayı təxminən 28,9 min nəfər azalıb. Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkə Türkiyə olub. Xaricə gedənlərin 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi isə İrana səfər edib. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 44,5% azalıb
Ölkələr üzrə dinamika fərqli olub.
Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı isə 17,6 faiz artıb. Rusiya istiqamətində 2 faizlik azalma qeydə alınıb.
Ən böyük geriləmə isə İran istiqamətində baş verib. Belə ki, bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalıb. İlk 9 ayda xaricə gedən Azərbaycan vətəndaşlarının 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib. Səfərlərin 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Gələnlərin sayı gedənlərdən 256,5 min nəfər çox olub
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı xaricə gedən Azərbaycan vətəndaşlarının sayından 256,5 min nəfər çox olub. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu fərq təxminən 344,5 min nəfər təşkil edirdi. Beləliklə, iki göstərici arasındakı fərq bir il ərzində təxminən 88 min nəfər azalıb.Bu rəqəmlər sərhədkeçmə statistikası üzrə iki fərqli kateqoriyanın müqayisəsidir və ölkənin xalis miqrasiya göstəricisi kimi qiymətləndirilməməlidir.
Dövlət Statistika Komitəsinin sentyabrın 25-də yaydığı hesabata əsasən, 2026-cı ilin ilk 8 ayında Azərbaycana gələn əcnəbilərin sayı illik müqayisədə 7,8% azalmışdı. İlk 9 ayın nəticəsində isə azalma 6%-ə qədər zəifləyib. Bu, sentyabr ayının ümumi göstəriciyə müsbət təsir etdiyini göstərir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
2 d. əvvəl
"Gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub"
-
40 d. əvvəl
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
-
48 d. əvvəl
Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir
-
1 saat əvvəl
Azərbaycan 9 ayda 103 minə yaxın Körfəz ölkələri ziyarətçisini itirib
-
1 saat əvvəl
Türkiyə Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq – 20 iqtisadçıdan 19-u endirim gözləyir
-
1 saat əvvəl
İran dünyanı internetsiz qoymaqla hədələyir – Hörmüzdə yeni təhlükə
-
1 saat əvvəl
Çin fond bazarı “ayı bazarı”na daxil olub – Səhmlər 10 həftədir ucuzlaşır
-
1 saat əvvəl
Dünyanın varlı investorları qızıllarını Sinqapura daşıyırlar – Ölkədə saxlanılan qızıl 16 dəfə artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Türkiyə Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq – 20 iqtisadçıdan 19-u endirim gözləyir
Ən çox oxunanlar
İran dünyanı internetsiz qoymaqla hədələyir – Hörmüzdə yeni təhlükə
Dünyanın varlı investorları qızıllarını Sinqapura daşıyırlar – Ölkədə saxlanılan qızıl 16 dəfə artıb
Türkiyə “Made in Europe” proqramından kənarda saxlanıla bilər
Mercedes-Benz-in rəhbərindən xəbərdarlıq: “Avropada istehsal” siyasəti avtomobilləri bahalaşdıra bilər

























