İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
“GL” ASC (Sizin Lombard brendi) ümumi dəyəri 1 milyon 400 min manat olan iki istiqraz emissiyasını yerləşdirməyə hazırlaşır.
Marja.az xəbər verir ki, 22 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi şirkətin istiqrazlarının ticarətə buraxılması barədə qərar qəbul edib.
Birinci emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 5 min ədəd istiqraz buraxılacaq. Bu emissiyanın ümumi həcmi 500 min manat təşkil edir.
İkinci emissiya üzrə isə hər birinin nominal dəyəri 100 manat olan 9 min ədəd istiqrazın buraxılması nəzərdə tutulur. Bu istiqrazların ümumi dəyəri 900 min manatdır.
Hər iki emissiya üzrə istiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 7 ildir. Faiz ödənişləri hər ay həyata keçiriləcək.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır. Onların Bakı Fond Birjasında kütləvi və birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Hər iki emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ticarətə buraxılacağı tarix emitent tərəfindən əlavə olaraq açıqlanacaq. Buraxılışların dövlət qeydiyyat nömrələri (İSİN) AZ2047020287 və AZ2046020288-dir.
7 illik tədavül müddəti və illik 15%-lik faiz dərəcəsi nəzərə alınmaqla, hər iki emissiya üzrə nominal məbləğə hesablanan ümumi faiz ödənişləri, bütün istiqrazlar yerləşdirilərsə və müddətin sonunadək qüvvədə qalarsa, 1 milyon 470 min manat təşkil edəcək. Bunun 210 min manatı hər il ödəniləcək.
İstiqrazlar təminatsız olduğundan əsas borcun və faizlərin ödənilməsi emitentin maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətindən asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















