SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
SOCAR və “Eni” arasında yeni enerji layihələri gündəmdədir. SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər. Azərbaycan və İtaliya kritik minerallar, süni intellekt və yeni sənaye layihələri üzrə əməkdaşlığı müzakirə edibİqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.
Görüşdə sənaye, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti və yeni birgə layihələrin təşviqi məsələləri barədə fikir mübadiləsi aparılıb. İtaliyanın texnologiya və mühəndislik təcrübəsinin Azərbaycanın qeyri-neft-qaz sənayesinin inkişafı üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.
Mədənçilik və metallurgiya, kritik minerallar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində tərəfdaşlıq potensialı nəzərdən keçirilib. İstehsalın modernləşdirilməsi, texnologiya transferi və yüksək əlavə dəyərli məhsulların istehsalı istiqamətində biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Birgə layihələrin dəstəklənməsi üçün İtaliyanın maliyyə və investisiya institutları ilə əməkdaşlıq perspektivlərinə toxunulub.
“Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın “Eni” ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İtaliyanın beynəlxalq enerji şirkəti olan “Eni” dünyanın müxtəlif ölkələrində neft və qazın kəşfiyyatı və hasilatı, emalı və satışı ilə yanaşı, bərpa olunan enerji, bioyanacaq və karbon emissiyalarının azaldılması üzrə layihələr həyata keçirir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
18 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 22 d. əvvəl
- 36 d. əvvəl
-
37 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 40 d. əvvəl
-
51 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
58 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"


























