Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub - Londonda mühüm görüş

Azərbaycan şirkətləri London Fond Birjasında maliyyə cəlb edə bilər. Mikayıl Cabbarov London Fond Birjasının rəhbəri ilə görüşüb. "JPMorgan Chase” və digər beynəlxalq şirkətlərlə Azərbaycana investisiyalar müzakirə olunub
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub - Londonda mühüm görüş
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əlaqələrin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz, maliyyə və aviasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Reklam_3_11

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə Azərbaycan–Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniya təcrübəsindən, texnologiyalarından və maliyyə resurslarından istifadənin əhəmiyyəti vurğulanıb.

London Fond Birjasının (“London Stock Exchange”) baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları sahəsində əməkdaşlıq, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi və kapital bazarları arasında əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib. Görüşlərdə investisiya, enerji, sənaye və aviasiya sahələrində əməkdaşlıq, ticarətin və infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi imkanları müzakirə olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan London Fond Birjası London Stock Exchange Mikayıl Cabbarov Dame Julia Hoggett Deym Hoget JPMorgan Chase Böyük Britaniya Azərbaycan kapital bazarı beynəlxalq maliyyələşdirmə xarici investisiyalar institusional investorlar qiymətli kağızlar istiqraz bazarı səhmlər beynəlxalq listinq investorlar qeyri-neft sektoru Hinduja Group Gulf Oil International Air Asia Varun Çandra.
26.10.2026 11:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19