Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib
Atəşgah Həyatda ödənişlər 85% artıb, yığımlar cəmi 3% artıb. Şirkət 83,6 milyon manat toplayıb, 87,8 milyon manat ödəyib.Atəşgah Həyatın ödəniş-yığım nisbəti 105%-ə çatıb. Atəşgah Həyatda 40 milyon manatlıq ödəniş artımı.“Atəşgah Həyat” Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib.
Marja.az-ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin 9 ayındakı 47 milyon 513 min manatdan 2026-cı ilin eyni dövründə 87 milyon 753 min manata yüksəlib. Bu, 40 milyon 240 min manat və ya 84,7% artım deməkdir.
Eyni zamanda şirkətin topladığı sığorta haqları 81 milyon 124 min manatdan 83 milyon 579 min manata çatıb. Artım cəmi 3% təşkil edib. Beləliklə, şirkətin ödənişləri cari dövrdə topladığı haqları 4 milyon 174 min manat üstələyib.
Ödənişlərin haqlara nisbəti ötən ilin eyni dövründəki 58,6%-dən 105%-ə yüksəlib.
Sığorta ödənişlərinin toplanmış sığorta haqlarını üstələməsi şirkətin mütləq zərərlə fəaliyyət göstərməsi demək deyil. Bununla belə, göstərici həyat sığortası üzrə öhdəliklərin ödəniş dinamikasının sürətləndiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















