Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

Meqa Həyatın sığorta haqları təxminən iki dəfə artıb. Şirkətin yığımlarında 10,4 milyon manatlıq artım baş verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb.

Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövründəki 12 milyon 340 min manatlıq nəticədən 10 milyon 420 min manat və ya 84,4% çoxdur.

Beləliklə, “Meqa Həyat Sığorta” müqayisə edilən aktiv sığortaçılar arasında sığorta haqlarının faizlə artımı üzrə birinci yerdə qərarlaşıb.

Hesabat dövründə şirkətin sığorta ödənişləri də 3 milyon 850 min manatdan 7 milyon 58 min manata yüksəlib. Artım 83,3% təşkil edib.

Ödənişlərin sığorta haqlarına nisbəti isə 31,2%-dən 31%-ə dəyişib. Şirkətin ümumi sığorta bazarındakı payı 1,1%-dən 1,8%-ə yüksəlib.

Meqa Həyat Sığorta Meqa Həyat 2026 həyat sığortası bazarı sığorta haqlarının artımı
26.10.2026 13:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19