Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib

Həyat sığortasında ödənişlər 166 milyon manat artıb. Həyat sığortası şirkətləri topladıqları vəsaitin 92%-i qədər ödəniş ediblər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda həyat sığortası şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 2026-cı ilin yanvar–sentyabr aylarında 650 milyon 712 min manat təşkil edib.

Marja.az-ın şirkətlər üzrə statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövründəki 484 milyon 664 min manatlıq göstəricidən 166 milyon 48 min manat və ya 34,3% çoxdur.

Həyat sığortası şirkətlərinin topladığı sığorta haqları isə 655 milyon 437 min manatdan 704 milyon 525 min manata yüksəlib.

Yığımların artımı 7,5% təşkil edib.

Beləliklə, həyat sığortası üzrə ödənişlərin yığımlara nisbəti 73,9%-dən 92,4%-ə çatıb. Hesabat dövründə həyat sığortası şirkətləri ümumi bazarda toplanmış sığorta haqlarının 56,4%-ni, həyata keçirilmiş ödənişlərin isə 73,7%-ni formalaşdırıblar.

Bu nəticələr həyat sığortası seqmentinin Azərbaycan sığorta bazarının ödəniş dinamikasında həlledici rol oynadığını göstərir.

Qeyri-həyat sığortası bazarı 8,4% böyüyüb – Ödənişlər 16,5% artıb

Azərbaycanda qeyri-həyat sığortası ilə məşğul olan şirkətlərin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 543 milyon 961 min manata çatıb. Bu, 2025-ci ilin eyni dövründəki 501 milyon 817 min manatlıq göstəricidən 8,4% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortaçıları tərəfindən həyata keçirilmiş ödənişlər 199 milyon 233 min manatdan 232 milyon 11 min manata yüksəlib. Artım 32 milyon 778 min manat və ya 16,5% təşkil edib.

Nəticədə qeyri-həyat sığortasında ödənişlərin yığımlara nisbəti 39,7%-dən 42,7%-ə yüksəlib.

Beləliklə, qeyri-həyat sığortasında da ödənişlərin artım tempi yığımlardan yüksək olsa da, həyat sığortası seqmentindəki fərq daha böyükdür.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

həyat sığortası 2026 Azərbaycanda həyat sığortası həyat sığortası ödənişləri həyat sığortası şirkətləri həyatın yığım sığortası qeyri-həyat sığortası ümumi sığorta bazarı 2026 qeyri-həyat sığorta haqları qeyri-həyat sığorta ödənişləri
26.10.2026 15:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19