1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
15 faiz gəlir, hər 30 gündən bir ödəniş - BOKT “International” 15 faiz gəlirliliklə 1 milyon manatlıq istiqraz yerləşdirəcək.“International” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC 1 milyon manat həcmində istiqrazların yerləşdirilməsinə hazırlaşır.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə hərrac 30 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqrazın yerləşdirilməsi nəzərdə tutulur.
İstiqrazların illik gəlirlilik faizi 15 faiz, tədavül müddəti isə 24 aydır.
İstiqrazlar üzrə hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
Bu şərtlərlə 1000 manatlıq istiqraz alan investorun illik faiz gəliri 150 manat təşkil edəcək. İki illik müddət ərzində isə sadə faiz hesablaması ilə ümumi gəlir 300 manat olacaq. Faktiki ödəniş məbləğləri emissiya prospektində müəyyən edilmiş hesablanma qaydasından asılıdır.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Onların yerləşdirilməsi kütləvi və rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Emissiya üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 15 oktyabr 2026-cı il tarixli qərarı ilə “International” BOKT ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün müvafiq icazə verilib.
İstiqrazların emissiya prospekti ilə Bakı Fond Birjasının internet səhifəsində “Emitentin profili” bölməsində tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















