Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Azərbaycanda POS komissiyaları niyə bahadır? Mərkəzi Bank əsas səbəbi açıqladı. Mərkəzi Bank: Visa və Mastercard son illərdə tariflərini kəskin artırıb. Visa və Mastercard ilə tarif danışıqları başlayıb.Beynəlxalq ödəniş təşkilatları Visa və Mastercard tərəfindən son illərdə tariflərin əhəmiyyətli dərəcədə artırılması Azərbaycanda bankların xərclərinin yüksəlməsinə səbəb olub.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkədə nağdsız ödənişlərin qəbulu üzrə komissiyaların yüksək olması yalnız kommersiya banklarının tarif siyasəti ilə əlaqəli deyil.
Mərkəzi Bankın sədri bildirib ki, son illərdə Visa və Mastercard tərəfindən xidmət tariflərinin kəskin artırılması bankların xərclərinə ciddi təsir göstərib.
Kazımov vurğulayıb ki, bu, bankların fəaliyyətinə bəraət qazandırmaq məqsədi daşımır. Bununla belə, tarif artımının əsas mənbələrindən biri beynəlxalq ödəniş sistemlərinin qiymət siyasətidir.
O qeyd edib ki, hazırda Mərkəzi Bank hər iki beynəlxalq ödəniş təşkilatı ilə Azərbaycan bazarı üçün tariflərin aşağı salınması istiqamətində danışıqlar aparır. Mərkəzi Bankın sədri 2026-cı ilin sonunadək bu danışıqlarda müəyyən irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.
Tariflərin azaldılması bankların kart əməliyyatları üzrə xərclərini aşağı sala və sahibkarların nağdsız ödənişlərin qəbuluna çəkdikləri xərclərin azalması üçün imkan yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 d. əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
-
22 d. əvvəl
Mərkəzi Bank yerli ödəniş alətini hazırlayıb, hazırda sınaqları həyata keçirilir
-
28 d. əvvəl
Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
-
33 d. əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
- 34 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Ən çox oxunanlar
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu

























