İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
“AzerGold” İndoneziyada mədən layihələrinə investisiya yatırmağı müzakirə edir. İndoneziya Azərbaycanın iri dəmir filizi layihəsinə maraq göstərir.“AzerGold” QSC-də İndoneziya Respublikasının İnvestisiya və Aşağı Axın Sənayesi nazirinin müavini, İnvestisiyaların Əlaqələndirilməsi Şurasının sədr müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi strateji layihələr və gələcək inkişaf hədəfləri barədə məlumat verib.
Tərəflər Azərbaycan və İndoneziya arasında dağ-mədən sənayesi üzrə investisiya əməkdaşlığının potensialını və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə “AzerGold” QSC-nin İndoneziyada perspektivli mədən layihələrində investor qismində iştirakı və investisiya tərəfdaşlığının qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İndoneziya tərəfi isə Azərbaycanda həyata keçirilən dağ-mədən layihələrinə, xüsusilə “AzerGold” QSC-nin strateji layihələrindən olan Daşkəsən dəmir filizi layihəsinə maraq ifadə edib. Layihənin icra perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran layihələr üzrə texniki müzakirələrin davam etdirilməsi və onların nəticələri əsasında əməkdaşlığın növbəti mərhələlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 45 d. əvvəl
-
54 d. əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
58 d. əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
-
1 saat əvvəl
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
-
1 saat əvvəl
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
-
1 saat əvvəl
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
- 1 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ən çox oxunanlar
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
Bayramov Fidanla görüşüb
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Özəl şirkət dövlət şirkətlərini geridə qoyub
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama



























