Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Real Estate Qrup” və “Marriott International, Inc.” Özbəkistanın paytaxtı Daşkənddə “JW Marriott” brendi altında rezidensiyalar layihəsinin həyata keçirilməsini nəzərdə tutan saziş imzalayıb. Layihə “PAŞA Real Estate Qrup”un Daşkənddə inşa etdiyi çoxfunksiyalı kompleksin tərkibində həyata keçiriləcək.

Reklam_3_11

Üç binadan ibarət olması nəzərdə tutulan kompleksin bir binasında “The Ritz-Carlton, Tashkent” hoteli və “The Ritz-Carlton” rezidensiyaları, digər iki binada isə “JW Marriott” brendi altında rezidensiyalar yerləşəcək. Kompleksdə lüks mağazaların və restoranların yer alacağı ticarət və gəzinti zonası da planlaşdırılır. Yeni rezidensiyaların “The Ritz-Carlton” layihəsini tamamlaması və “JW Marriott” brendinin yüksək standartlarına uyğun rahatlığı və zövqlü dizaynı ilə seçilən mənzillərdən ibarət olacağı gözlənilir.

“Daşkənddə həyata keçirdiyimiz bu layihə “PAŞA Real Estate Qrup” üçün mühüm əhəmiyyət daşıyır. Bu layihə beynəlxalq təcrübəni, müasir memarlığı və yüksək xidmət standartlarını bir araya gətirərək müştərilərimiz üçün keyfiyyətli və rahat yaşayış mühiti yaratmaq istiqamətindəki yanaşmamızı əks etdirir” – deyə “PAŞA Real Estate Qrup”un Baş İcraçı Direktoru Özgür Geter bildirib. “Marriott International” ilə əməkdaşlığımız layihənin həyata keçirilməsində mühüm rol oynayır. “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə imzalanmış saziş Daşkənddəki bu kompleksin inkişafında növbəti mühüm mərhələdir”.

“Marriott International” ın Avropa, Yaxın Şərq və Afrika regionunda çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı üzrə regional vitse-prezidenti Jaidev Menezes bildirib:

“Daşkənd böyük potensiala malik, sürətlə inkişaf edən bazardır. Burada yüksək səviyyəli dizayn, dünya standartlarına uyğun şərait və nüfuzlu beynəlxalq brendə xas keyfiyyət standartlarını bir araya gətirən rezidensiyalara tələbat getdikcə artır. “PAŞA Real Estate Qrup” ilə uzun illər genişlənən əməkdaşlığımızın davamı olaraq, “JW Marriott” brendinə xas lüks yaşayış standartlarını bu layihədə təqdim etməyi və mənzil sahibləri üçün rahatlıq və yüksək keyfiyyəti əks etdirən yaşayış mühiti formalaşdırmağı səbirsizliklə gözləyirik”

“The Ritz-Carlton, Tashkent” hotelinin və “The Ritz-Carlton Residences, Tashkent” rezidensiyalarının tikintisi hazırda davam edir. Bu layihə ilə “The Ritz-Carlton” brendinin Özbəkistanda ilk dəfə fəaliyyətə başlaması gözlənilir. “JW Marriott” brendi altında planlaşdırılan rezidensiyalar da eyni kompleksdə yerləşəcək.

İmzalanmış saziş “PAŞA Real Estate Qrup” ilə “Marriott International” arasında mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Tərəflərin Azərbaycan, Gürcüstan və Özbəkistandakı əməkdaşlığı “The Ritz-Carlton”, “JW Marriott”, “St. Regis”, “Marriott Hotels”, “Sheraton”, “Courtyard by Marriott” və “Autograph Collection” brendləri altında hotel və yaşayış layihələrini əhatə edir.

Bu layihə “PAŞA Real Estate Qrup”un Özbəkistandakı fəaliyyətinin genişləndirilməsi istiqamətində növbəti bir addımdır. Kompleksdə beynəlxalq hotel və rezidensiya brendləri bir məkanda birləşəcək.

“PAŞA Real Estate Qrup” haqqında

“PASHA Holding” in tərkibinə daxil olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı, satışı və icarəsi, eləcə də əmlakın strateji idarə olunması və istismarı sahələrində fəaliyyət göstərir. Qrupun portfelinə lüks hotellər, beynəlxalq səviyyəli kurort kompleksləri, premium yaşayış layihələri, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ-da fəaliyyət göstərən Qrup keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini əsas götürərək beynəlxalq miqyasda aktivlərinin dəyərini artırmağı və fəaliyyət göstərdiyi sahədə standartların yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

www.pasharealestate.az

PAŞA Real Estate Qrup PAŞA Holdinq PASHA Holding Marriott International JW Marriott Tashkent JW Marriott Residences The Ritz-Carlton Tashkent The Ritz-Carlton Residences Daşkənd Özbəkistan daşınmaz əmlak bazarı Azərbaycan investisiyaları PAŞA Real Estate Özbəkistan PAŞA Holdinq investisiyaları Daşkənddə yeni yaşayış kompleksi premium rezidensiyalar lüks daşınmaz əmlak Özgür Geter Jaidev Menezes beynəlxalq hotel layihələri Azərbaycan şirkətlərinin xarici investisiyaları
29.10.2026 16:09
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Bayramov  Fidanla görüşüb
Bayramov Fidanla görüşüb
29.10.2026 14:57
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19