İpoteka müraciətləri SİMA İmza-nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Artıq ipoteka krediti əldə etmək istəyən vətəndaşlar müraciətlərini SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiq edəcəklər.
Yeniliyə əsasən, vətəndaşlar kredit limitinin ayrılması zamanı onlayn müraciətlərini pin kod və ya digər üsullarla deyil, yalnız SİMA İmza-nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər. Beləliklə, hər bir müraciətin məhz vətəndaşın özü tərəfindən doğrulandığı biometrik yoxlama ilə müəyyən olunacaq.
Tətbiq olunan yanaşma ipoteka ilə mənzil alışında təhlükəsizliyi və şəffaflığı təmin edəcək, müraciət zamanı yarana biləcək sui-istifadə hallarının və prosesə kənar müdaxilə riskinin qarşısını almağa imkan verəcək. Nəticədə bütün müraciət edənlər üçün bərabər və ədalətli şərait yaranacaq.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən məsafədən, təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verir. Vətəndaşlar SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə onlayn və ödənişsiz şəkildə əldə edə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 14 d. əvvəl
- 18 d. əvvəl
-
55 d. əvvəl
İpoteka müraciətləri SİMA İmza-nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
-
1 saat əvvəl
Lizinq şirkəti illik 16%-lə 1 milyon manat borclanır - Mənfəəti azalıb, borcunu artırır
-
1 saat əvvəl
Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışlar artıb, mənfəəti azalıb– “Amazon” maliyyə nəticələrini açıqlayıb
-
2 saat əvvəl
Google-un sahibi üçün "qara" gün – Şirkətin bazar dəyərindən yarım trilyon dollar silindi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Legion Financial” şirkətinin xalis mənfəəti kəskin azalıb
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Google-un sahibi üçün "qara" gün – Şirkətin bazar dəyərindən yarım trilyon dollar silindi
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”



























