Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Legion Financial” şirkətinin xalis mənfəəti kəskin azalıb

AzVak-mobil_resmin_ustu_31
“Legion Financial” şirkətinin xalis mənfəəti kəskin azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda avtomobil lizinqi, faktorinq və lombard kreditləri sahələrində fəaliyyət göstərən “Legion Financial” ASC 2026-cı ilin birinci yarısını 470 min 97 manat xalis mənfəətlə başa vurub.

Marja.az şirkətin konsolidasiya edilmiş mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 733 min 44 manatla müqayisədə 262 min 947 manat və ya 35,9 faiz azdır.

Hesabat dövründə şirkətin faiz gəlirləri 1 milyon 759 min 535 manatdan 2 milyon 264 min 684 manata yüksəlib. Beləliklə, faiz gəlirləri 505 min 149 manat və ya 28,7 faiz artıb. Bununla yanaşı, faiz xərcləri 758 min 946 manatdan 1 milyon 84 min 740 manata yüksəlib.

Şirkətin inzibati xərcləri isə ötən ilin birinci yarısındakı 154 min 170 manatdan 651 min 6 manata çatıb. Bu, təxminən 4,2 dəfə artım deməkdir.

Aktivlər və öhdəliklər artıb

2026-cı il iyunun 30-na “Legion Financial” ASC-nin cəmi aktivləri 22 milyon 471 min 281 manat təşkil edib. Ötən ilin eyni tarixində aktivlər 19 milyon 67 min 603 manat olub. Beləliklə, aktivlər 3 milyon 403 min 678 manat və ya 17,9 faiz artıb.

Şirkətin maliyyə lizinqi üzrə debitor borcları 11 milyon 135 min 820 manatdan 12 milyon 93 min 71 manata yüksəlib. Eyni dövrdə faktorinq əməliyyatları üzrə aktivlər 3 milyon 392 min 304 manatdan 3 milyon 893 min 947 manata, lombard kreditləri üzrə alacaqlar isə 354 min 370 manatdan 618 min 537 manata çatıb.

Şirkətin cəmi öhdəlikləri 2025-ci il iyunun 30-dakı 14 milyon 684 min 558 manatdan 2026-cı il iyunun 30-da 17 milyon 23 min 335 manata yüksəlib. Bu, 2 milyon 338 min 777 manat və ya 15,9 faiz artım deməkdir.

Hesabat tarixinə şirkətin kapitalı 5 milyon 447 min 946 manat təşkil edib. Bir il əvvəl bu göstərici 4 milyon 383 min 44 manat olub. Kapital 24,3 faiz artıb.

Şirkətin nizamnamə kapitalı isə 4 milyon 130 min manatdır. Emissiya prospektində nizamnamə kapitalının əlavə 1 milyon manat artırılmasının planlaşdırıldığı da bildirilir.

Qeyd edək ki, “Legion Financial” ASC-nin əsas fəaliyyət istiqamətləri avtomobil lizinqi, lombard kreditləri və faktorinq əməliyyatlarıdır. Şirkət ABŞ-da daşınmaz əmlakın idarə edilməsi sahəsində də törəmə müəssisəsi vasitəsilə fəaliyyət göstərir.

“Legion Financial” ASC-nin 6 səhmdarı var. Şirkətin ən böyük səhmdarı 37,5302 faiz payla İsmayılov Turan Mübariz oğludur. Digər səhmdarlar Süleymanlı Ramin Rəhman oğlu (32,6876 faiz), Məmmədov Böyükağa Mirkamal oğlu (13,3171 faiz), Soltanov Rövşən Rafiq oğlu (10,1694 faiz), Belarus vətəndaşı Kolas Konstantin (4,6004 faiz) və Cahangirova Sabirə Ramiz qızıdır (1,6949 faiz). Beləliklə, şirkətin səhmlərinin 70,2178 faizi iki ən böyük səhmdarın – Turan İsmayılov və Ramin Süleymanlının əlində cəmləşib.

30.10.2026 10:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19