970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər

Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb. Qubalı fermerlər həyəcan təbili çalırlar: “Almaçılıq tarixə qovuşa bilər”. Qubada alma məhsuldarlığı 62,5% azalıb – Fermerlər böyük zərər açıqlayırlar. Əvvəl 16 ton alma yığırdı, indi cəmi 6 ton. Qubalı fermer: “8–10 min manat gəlir götürürdük, indi 5–6 min manat ziyandayıq”. Almanın tonunu 120–130 manata alırlar – Qubalı fermerlər qiymətlərdən narazıdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.

Bu barədə yerli fermerlər məlumat veriblər.

Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya, virus, mikoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər məhsuldarlığa və toplanan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.

Qiymətlərə gəldikdə isə bu arada bazara çıxarılan Quba almasının qiyməti 60 qəpik-1 manat aralığında dəyişir. Hazırda bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alır. Bu isə bağ sahiblərini qane etmir.

Fermer Elşad Rüstəmov bildirib ki, 1,5 hektar sahəsi olan alma bağına hər il adətən 5-6 dəfə dərman vururdusa, bu il bağı 15 dəfə dərmanlamaq məcburiyyətində qalıb:

"Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq".

Digər fermer Teymur Seyfullayev isə deyib ki, onun təsərrüfatında yığıma beş gün əvvəl başlanılıb:

"Məhsuldarlıq çox aşağı düşüb. Alma bağımın sahəsi təqribən hektar yarımdır. Demək olar ki, yığım başa çatmaq üzrədir. Ötən illərdə meyvənin dərilməsi az qala, ayyarım davam edərdi. Dəqiq desəm, əvvəllər hər il 16 ton alma yığırdıqsa, bu il məhsuldarlıq 6 tona düşüb. Böyük zəhmət hesabına becərdiyimiz almanı alıcılar maksimum 70 qəpiyə alırlar. Bu isə o deməkdir ki, 7-8 min manat ziyan etmişik".

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı bildirib ki, rayon ərazisində almaya xəstəlik düşməsinin səbəbi davamlı yağıntı və rütubətli hava şəraitidir:

"Quba rayonunda 17 min 170 hektar meyvə bağı mövcuddur. Bunun da 6 min 860 hektarı, yəni 40 %-i alma bağlarıdır. Alma bağlarında ən çox dəmgil xəstəlikləri yayılıb. Qubada sürətlə yayılan bu tip xəstəlik məhsuldarlığa çox mənfi təsir göstərir. Qiymətləri müqayisə etsək, yerli fermerlər ötən illərdə almanın hər kiloqramından 4-8 qəpik gəlir əldə edirdilər. Lakin bu il emal müəssisələrində almanın qəbul qiyməti bir qədər artırılaraq kiloqramı 12-13 qəpik, tonu isə 120-130 manat təşkil edib".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

©  "Report"

31.10.2026 10:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19